RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AVROPA YERLİ VƏ REGİONAL HAKİMİYYƏTLƏR KONQRESİNİN SƏDRİ HALVADAN SKARDIN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Prezident sarayında Avropa Şurasının məsləhətçi orqanı olan Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin sədri Halvadan Skardın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüş zamanı ölkəmizin müvafiq strukturları ilə Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi arasında əməkdaşlığın müxtəlif sahələri ilə bağlı bir sıra məsələlər müzakirə olunmuşdur.