Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AZƏRBAYCAN VƏ ERMƏNİSTANIN BİR QRUP ZİYALISINI QƏBUL ETMİŞDİR

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AZƏRBAYCAN VƏ ERMƏNİSTANIN BİR QRUP ZİYALISINI QƏBUL ETMİŞDİR

Bakı, 6 iyul (AZƏRTAC). Xəbər verdiyimiz kimi, iyulun 3-də Azərbaycan və Ermənistanın Rusiya Federasiyasındakı səfirlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistanın bir qrup ziyalısı ATƏT-in xətti ilə Xankəndidə, Şuşada olmuş, oradan Ermənistana gedərək Prezident Serj Sarkisyan ilə görüşmüşlər.

Həmin gün qrupun üzvləri İrəvandan Bakıya gəlmiş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olmuşlar.

Azərbaycan və Ermənistanın Rusiyadakı səfirlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistanın bir qrup ziyalısı ATƏT-in xətti ilə ilk dəfə 2007-ci il iyunun 28-də əvvəlcə Dağlıq Qarabağda olmuş, Xankəndi və Şuşa şəhərlərində, sonra İrəvanda, daha sonra isə Bakıda görüşlər keçirmişdi.

İki ildən sonra - 2009-cu il iyulun 3-də yenidən reallaşan təşəbbüs çərçivəsində Azərbaycan və Ermənistan ziyalılarından ibarət heyət gün ərzində Xankəndidə, Şuşada və İrəvanda olmuşdur. Azərbaycan tarixində, mədəniyyətində, xalqımızın milli kimlik yaddaşında xüsusi önəmi və yeri olan Şuşa ilə bağlı təəssüratlar iki il bundan öncəkindən heç nə ilə fərqlənmir. Şuşa məscidi məruz qaldığı vandalizm aktının acı nəticələrini hələ də yaşamaqdadır. Şərq-İslam memarlığının incilərindən və bu qədim Azərbaycan şəhərinin rəmzlərindən sayılan məscid demək olar ki, məhv edilmişdir. 1992-ci il mayın 8-də erməni qəsbkarları qədim və tarixi abidələr diyarı olan Şuşanı işğal etdikdən sonra digər tarixi abidələr ilə yanaşı, şəhər məscidi də böyük dağıntılara məruz qalmışdır. Tariximizdə böyük dəyərə sahib olan bu məscidin minarələri də indi dağılmaq təhlükəsi ilə üz-üzədir. Cıdır düzü də uzun illərdir bu yerlərdən köç edən doğmaların həsrətini yaşayır. O həsrət ki, orada bizim ruhumuz qalmışdır.

Şuşa həm də Azərbaycan musiqisinin beşiyidir. Məhz bu mənada Şuşaya Şərqin konservatoriyası deyənlər təbii ki, yanılmırlar. Şuşanın Bülbül küçəsi, 3 ünvanında yerləşən Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti Bülbülün memorial muzeyi də dağıdılmışdır. 1992-ci ildə Şuşa ermənilər tərəfindən işğal olunandan sonra muzeyin eksponatları talan olunmuş və məhv edilmişdir. Bülbülün ev-muzeyinin həyətində qoyulan büstü yararsız hala salınmışdır.

Daha sonra nümayəndə heyəti Şuşadan İrəvana getmişdir. Onlar burada Ermənistan prezidenti Serj Sarkisyanla görüşmüşlər.

Serj SARKİSYAN: Mən anlayıram ki, xalqlarımız və dövlətlərimiz arasında bu gün böyük problemlər var. Bununla yanaşı, anlayıram ki, bu problemləri həll etmək lazımdır. Siz məsələnin, problemin mahiyyətini, düşünürəm ki, anlayırsınız. Mən əminəm ki, Azərbaycan əhalisinin 100 faizi məsələnin həll olunmasını istəyir. Əminəm ki, Ermənistanda da istəyirlər.

Mən özümü heç vaxt məhdudlaşdırmamışam. Həm 1993-cü, həm 1995-ci, həm 2000-ci, həm də 2009-cu illərdə deyirdim ki, Ağdam bizim vətənimiz deyil. Mən bunu anlayırdım və indi də anlayıram. Mən başqa məsələni də anlayıram ki, dünyada elə bir erməni tapılmaz ki, Qarabağın Azərbaycanın tərkibində qalmasına razı olsun.

Mən bir daha deyirəm və istəyirəm məni düzgün başa düşəsiniz. Bunu deməklə, mən bugünkü vəziyyəti uzatmaq tərəfdarı deyiləm. Ona görə tərəfdarı deyiləm ki, bu, bütün sahələrdə Ermənistanın inkişafının qarşısını alır. Bütün sahələrdə - iqtisadiyyatdan tutmuş siyasətədək, o cümlədən daxili siyasətədək.

                                                    X X X

Bakıya gələn Ermənistan nümayəndələri paytaxtımızdakı erməni kilsəsinə gedərək buradakı vəziyyətlə tanış olmuşlar. Onlara məlumat verilmişdir ki, kilsə əvvəlki vəziyyətindədir. Kilsənin kitabxanası, buradakı əlyazmalar da indiyədək qorunub saxlanılmışdır. Göründüyü kimi, Şuşa və şəhər məscidi ilə müqayisədə məhz elə bu fakt azərbaycanlıların və ermənilərin maddi mədəniyyət abidələrinə olan münasibətini ortaya qoyur. Şuşa məscidində törədilənlərlə Bakıdakı erməni kilsəsindəki vəziyyəti müqayisə etdikdə artıq şərhə ehtiyac qalmır.

Azərbaycan paytaxtında olan Ermənistan nümayəndə heyəti Bakıda gedən böyük quruculuq-abadlıq işləri, genişmiqyaslı inkişaf prosesləri ilə tanış olmuşlar. Ermənilər öz gözləri ilə görmüşlər ki, torpaqlarımızın işğalına, Ermənistanın ölkəmizə təcavüzünə baxmayaraq, Azərbaycan böyük inkişaf yolundadır. Ermənistandakı iqtisadi tənəzzüldən, həyat səviyyəsinin günbəgün pisləşməsindən fərqli olaraq, ermənilərin Azərbaycan torpaqlarının işğalını davam etdirməsinə baxmayaraq, ölkəmiz böyük inkişaf yolundadır və getdikcə güclənir.

Ermənistan nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda da oldular.

Prezident İlham ƏLİYEV: İki səfirin iki il bundan əvvəl irəli sürdüyü təşəbbüs yenidən özünü doğrultmuşdur. İki il əvvəl olan görüşümüz və söhbətimiz yadımdadır. Təəssüf ki, ötən dövr ərzində biz münaqişənin tənzimlənməsinə nail ola bilməmişik. Lakin digər tərəfdən onu da qeyd etmək lazımdır ki, danışıqlar prosesində müəyyən irəliləyiş vardır. Əlbəttə, istərdik ki, qarşılıqlı səylərimiz sayəsində mümkün qədər tez razılığa gələk və bu vəziyyətə son qoyaq. Ona görə ki, “nə müharibə, nə sülh” vəziyyəti artıq 15 ildir ki, davam edir. Bu vəziyyətin daha nə qədər davam edəcəyi, təbii ki, bütün Azərbaycan cəmiyyətini narahat edən məsələdir.

Sizin tədbirinizin formatı, yəqin ki, münaqişənin siyasi yolla tənzimlənməsinə dair hər hansı ciddi diskussiya nəzərdə tutmur. Sizin missiyanın məqsədi bir qədər başqa səpkidədir. Hərçənd, bu formatda artıq parlamentlərin nümayəndələri və jurnalistlər də vardır. Birinci görüş sırf humanitar sahə təmsilçilərinin görüşü idi. Lakin buna baxmayaraq, məsələnin müzakirəsindən qaçmaq olmaz.

Bəli, prezidentlər arasında, xarici işlər nazirləri arasında danışıqlar aparılır və biz irəliləyirik. Lakin fikrimcə, ötən iki ildə daha irəli getmək və ümumiyyətlə sülh sazişi imzalamaq olardı. Mən bu iki ili müəyyən dərəcədə itirilmiş illər sayıram. Ona görə ki, bizim bu gün müzakirə etdiyimiz məsələlər, bir qədər irəliləməyimiz, razılaşdığımız bəzi mövqelər elə iki il bundan əvvəlki mövqelərdir. Yəni, sadəcə olaraq vaxt itirilmişdir və bu itirilmiş vaxtın əvəzini çıxmaq, əlbəttə, çətin olacaqdır.

Digər tərəfdən, hər halda müəyyən nikbinlik vardır. Çünki başa düşdüyümüz kimi, tərəflərin hər ikisi münaqişənin tənzimlənməsində maraqlıdır və bu prosesin uzadılması nə bizim xeyrimizədir, nə də erməni tərəfinin. Buna görə də, əlbəttə, istərdik ki, biz daha sürətlə irəliləyək.

Mənim danışıqlar prosesində iştirak etdiyim dövrdə böyük yol keçilmişdir. Bunu qeyd etməliyik. Beş il bundan əvvəl nədən başladığımızı xatırlasaq, əlbəttə, razılaşdırılması çətin görünən çox məsələləri razılaşdırmışıq. Lakin danışıqlar prosesinin prinsipi elədir ki, bütün məsələlər razılaşdırılmayıbsa, deməli heç nə razılaşdırılmayıbdır.

Beləliklə, danışıqlar çərçivəsində əldə edilmiş bütün nailiyyətlər yalnız o zaman məna kəsb edəcəkdir ki, son nöqtə qoyulmuş olsun. Onda regiona sülh gələcəkdir. Onda region daha hərtərəfli inkişaf edə biləcək, regional miqyaslı təhlükələr aradan qaldırılacaq və fəal əməkdaşlıq qurulacaqdır.

Prezident İlham Əliyev dedi ki, Azərbaycan ilə Ermənistan arasında əməkdaşlıq yalnız işğala son qoyulduqdan sonra baş tuta bilər. Dövlət başçısı bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesinə toxunaraq dedi:

-Danışıqlar prosesi ikitərəfli hərəkət yoluna oxşayır. Buna görə də təbii ki, tərəflərin hər biri maksimum yaxşı şəraitə malik olacaqdır. Lakin, eyni zamanda, təkcə tərəflərin mövqeyini dəqiq başa düşmək kifayət deyildir. Bu cür anlaşma vardır. Lakin bu və ya digər tərəfin qəbul edə bilmədiyini də başa düşmək lazımdır. Necə deyərlər, elə qırmızı xətt ki, onu keçmək olmaz.

Bu məsələ müxtəlif formalarda - həm bəyanatlarda, həm də danışıqlar prosesi çərçivəsində dəfələrlə ifadə edilmişdir. Açığını deyim, bu, bizim üçün və yəqin ki, sizin üçün də gözlənilməz olmayacaq - həmin qırmızı xətt Dağlıq Qarabağın müstəqilliyidir. Azərbaycan tərəfi buna razılaşmayacaq. Biz bu mövzunu keçən dəfə də müzakirə etmişdik və təbii ki, bizim mövqelərimizdə heç bir dəyişiklik yoxdur. Beynəlxalq hüququn prinsipləri və bəzi prinsiplərin bir-birinə zidd olması barədə uzun-uzadı danışmaq olar, həmçinin beynəlxalq təşkilatların - BMT-nin, ATƏT-in qərarlarına da istinad etmək olar. Bu qərarlara istinadlar Moskvada Ermənistan prezidentinin və mənim imzaladığım Bəyannamədə öz əksini tapmışdır. Helsinki Yekun Aktına istinad etmək olar. Həmin sənəddə, ümumiyyətlə, beynəlxalq hüququn bütün normaları və onların prioritetliyi, bu prinsiplərin ardıcıllığı və uyğunlaşdırılması əks etdirilmişdir. Buna görə də, mən hüquq mövzusunun dərinliklərinə varmaq istəmirəm. Lakin mahiyyət etibarilə, Azərbaycan Dağlıq Qarabağın ayrılması, onun müstəqilliyi üçün imkan yaradılmasını nəzərdə tutan hər hansı qərarı istər bu gün, istər on ildən sonra, istər yüz ildən sonra qəbul etməyəcəkdir. Sizə onu da deməliyəm ki, Ermənistan ictimaiyyətinə bunun nə dərəcədə məlum olduğunu bilmirəm, lakin bizim bu gün müzakirə etdiyimiz sənədlərdə və təkliflərdə onların bir qismi razılaşdırılmış mövqelərdir, Dağlıq Qarabağın Azərbaycandan hüquqi baxımdan ayrılması üçün mexanizm yoxdur. Bunlar reallıqlardır, bu, həm dünya birliyinin, həm də Minsk qrupu həmsədrlərinin mövqeyidir. Sizə deməliyəm ki, danışıqlar prosesinin bu tezisini tərəflər razılaşdırmışlar. Buna görə də, əlbəttə, mənim dediyim nəzərə alınmaqla, hər iki tərəfi qane edə biləcək həll tapmaq olar. Bunlar Təhlükəsizliyə zəmanət, Ermənistanla Dağlıq Qarabağ arasında maneəsiz gediş-gəliş, Dağlıq Qarabağa yüksək səviyyəli özünüidarə məsələləridir.

Bu gün danışıqlar prosesində elə vəziyyət yaranmışdır ki, razılığa gəlmək üçün imkan vardır.

Prezident İlham Əliyev qarşılıqlı səfərlərin iki ölkənin xalqları arasında münasibətlərin bərpası baxımından əhəmiyyətli olduğunu dedi. Dövlətimizin başçısı Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun görüşdə iştirakını vurğulayaraq qeyd etdi ki, Rusiya Federasiyası Minsk qrupunun həmsədr ölkələrindən biri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işinə öz töhfəsini verir.

Sonra Ermənistanın Rusiyadakı səfiri Armen Smbatyan görüşdə çıxış edərək dedi:

-Cənab İlham Heydər oğlu, iki il əvvəl və indi bizim təşəbbüsümüzü dəstəklədiyinizə görə Sizə təşəkkür etmək istəyirəm. Fikrimcə, bu, bizim ölkələrimiz və xalqlarımız üçün çox faydalıdır. Bəlkə də biz danışıqlar prosesinə fəal təsir göstərə bilmirik. Amma atmosfer yaratmağı və bir-birimizə yaxınlaşmağı bacararıq və biz bunu edəcəyik. Bizim üçün ünsiyyət saxlamaq maraqlıdır. Biz indiyədək tanımadığımız adamlarla tanışlığa çox şad olduq. Çox gözəl anlayırıq ki, biz qonşuyuq və nə qədər qonşuluq məfhumu ləğv olunmayıb, nə biz, nə də azərbaycanlılar başqa yerə çıxıb gedə bilərlər. Bu, əbədi kateqoriyadır. İndi bizim gördüyümüz işi davam etdirsək, əgər biz tez-tez ünsiyyət saxlasaq, onda Sizinlə Ermənistan prezidenti üçün də problemi həll etmək asan olar.

Ermənistan parlamentinin deputatı Ermine Naqdalyan da fikirlərini bölüşdü:

-İndi Sizdən eşitdiklərimiz yəqin ki, bizi bu formatın zəruriliyinə yönəltməlidir. Ona görə ki, bizim görəcəyimiz əsas iş sadə adamlarla, bir-birimizlə aparacağımız danışıqlar olacaqdır. Prezidentlərimiz o zaman belə qərara gələ bilərlər ki, haqqında danışılan iki qırmızı xətt arasında kompromis üçün yer qalıb. Biz nə qədər tez-tez görüşsək, adi məişət problemlərindən danışsaq, bir-birimizə erməni, yaxud azərbaycanlı kimi deyil, sadəcə, eyni problemlərlə üzləşən adi insanlar kimi baxsaq, onda ortaya çıxan fikir ayrılıqlarını da asanlıqla həll edə bilərik. Bax, biz bunu həll edə bilsək, onda iki qırmızı xətt arasında məkanı genişləndirə bilərik.

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy da görüşdə çıxış edərək dedi:

-Bu, şəxsən mənim üçün çox əlamətdar gün idi. Çünki, biz başa düşürdük ki, gördüyümüz iş prezidentlərin görüşü ərəfəsində vacib məsələdir. Moskva Bəyannaməsinin 5-ci bəndində adamlar arasında əlaqə yaratmağın vacibliyinin əksini tapması əslində prezidentlərin siyasi iradəsindən irəli gəlirdi. Biz başa düşürük ki, Sizin müzakirə edəcəyiniz qərarlar və problemlər təbii ki, bizim səlahiyyətlərimizə daxil deyildir. Məsələnin siyasi və ya hərbi yolla nizamlanması bizim yox, prezidentlərin səlahiyyətlərinə aiddir. Ancaq biz ictimai iqlim üçün bu dialoqun əhəmiyyətini aydın görürük. Bu da hər hansı qərarın qəbul edilməsini asanlaşdıra bilər. Əgər Rusiyanın iştirakından danışsaq, deməliyik ki, biz çox sevdiyimiz xalqların dinc şəraitdə yaşamasını istəyirik.

Sonra Prezident İlham Əliyev bir daha danışıqların Praqa prosesinə toxunaraq dedi ki, bu proses son şansdır. Dünyanın aparıcı dövlətlərinin də prosesdə fəal iştirakı bunu göstərir. Problemin təkcə regional deyil, eyni zamanda, qlobal təhlükəsizlik məsələsi olduğunu bildirən dövlətimizin başçısı İlham Əliyev danışıqlar prosesində beynəlxalq hüquq normalarının və prinsiplərinin mütləq olduğunu, bu prinsiplərin beynəlxalq sənədlərdə də əksini tapdığını diqqətə çatdırdı.

Dövlətimizin başçısı Azərbaycan və Ermənistan prezidentlərinin Moskva görüşünü xatırlatdı, Rusiya Prezidentinin iştirakı ilə imzalanan Moskva Bəyannaməsinə toxunaraq dedi:

-Biz Ermənistanla danışıqlar aparırıq. Danışıqları Ermənistan və Azərbaycan prezidentləri aparırlar. Hər iki prezident Moskvada Bəyannamə imzalayıb. Beləliklə, münaqişə tərəflərinin kimlər olduğu bir daha göstərilib. Bunlar Ermənistan və Azərbaycandır. Razılığa da münaqişənin bu tərəfləri gəlməlidirlər. Dağlıq Qarabağın erməni və azərbaycanlı icması vardır. Məgər onları prosesə cəlb etməklə, nəyəsə nail olmaq mümkündür? Yox, əlbəttə, yox. Rusiya Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin öz imzaları ilə təsdiq etdikləri bu format davam etdirilməlidir. Amma deyək ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının diskussiyaları bizim daxili işimizdir. Bu məsələ qətiyyən qabardılmamalı və danışıqlar prosesinə ziyan vurmamalıdır. Əgər bu, baş verərsə, o zaman danışıqlar prosesi sadəcə pozulacaqdır. Son 15 il bizim ölkəmiz üçün çox ağır keçib. Torpaqlarımızın işğal altında olması reallıqdır. Dağlıq Qarabağın ətrafındakı əraziləri 700 min insan tərk edib. Onlar hər şeylərini itiriblər, onlar ora qayıtmaq istəyirlər. Düzdür, orada qayıdılası yer də yoxdur, orada hər yer dağılıb. Amma insanlar hətta ora, xarabalıqlara qayıtmaq istəyirlər.

Sergey Paradcanov muzeyinin direktoru Zaven SARQSYAN bu təşəbbüsün əhəmiyyətindən danışdı:

-İyirmi ildir ki, aramızda ünsiyyət yox idi. Nə Eduard Markarov, nə də başqaları bu müddətdə Bakını görməmişdilər. Bakı xeyli dəyişib, əlbəttə, bizim şəhərimiz də dəyişib. Mən düşmənçiliyi qəbul etməyən bir insanın adını daşıyan muzeyi təmsil edirəm. O, ümumiyyətlə, insanlar arasında düşmənçiliyi qəbul etmirdi. Biz bir-birindən fərqlənən və məqbul olmayan mövqeləri gördük. Fikrimcə, yolverilməz şeylər də vardır. Bu, həm Azərbaycanda, həm də Ermənistanda səpilən düşmənçilik toxumlarıdır. Biz incəsənət adamlarıyıq, bilirik ki, siz prezidentlərin mövqeyinə təsir göstərə bilmərik. Amma xalqlar arasında bu düşmənçilik olmamalıdır.

Azərbaycanın Rusiyadakı səfiri Polad BÜLBÜLOĞLU görüşdə çıxış etdi:

-Cənab Prezident, mən ilk növbədə bugünkü görüşlərdə, söhbətlərdə çox fəal iştirak edən nümayəndə heyətimizin adından Sizə təşəkkür etmək istərdim. Siz bu ideyaları dəstəklədiniz. Əlbəttə, biz ilk addımları atırıq. Biz nəyisə sınayırıq, nəsə alına bilər, nəsə alınmaya bilər. Biz bu gün Milli Məclisin deputatlarının daxil olduğu belə mötəbər, böyük nümayəndə heyəti ilə Xankəndidə, Şuşada olduq. Başlıcası odur ki, Şuşanın bizim üçün, şuşalılar üçün nə olduğunu bilirsiniz.

Prezident İlham ƏLİYEV: Şuşa təkcə şuşalılar üçün deyil. Bu, böyük sərvətdir.

Polad BÜLBÜLOĞLU: Əlbəttə, əlbəttə. Biz bu gün Cıdır düzündə olduq. Əlbəttə, bütün bunları götür-qoy etmək lazımdır. Bu gün çox mühüm görüşlər, o cümlədən hər iki prezidentlə görüşlər keçirildi. Bütün bunları dərhal mənimsəmək çətindir. Bir neçə gün keçməlidir ki, məsələlərə aydınlıq gətirilsin. İnsanlar arasında olan ünsiyyət mühiti itirilməməlidir. Fikrimcə, baş verən hadisələrdən sonra bu da müsbət haldır. Bu da bizə irəliləməkdə kömək edəcəkdir. İcazənizlə, hamımızın adından Prezidentimizə təşəkkür etmək istərdim. Yəqin ki, keçirilən görüşləri formalaşdırıb tam halda prezidentlərə təqdim edəcəyik. Bir daha çox sağ olun.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub