RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BALKAN SİYASİ KLUBUNUN PREZİDENTİ JELYU JELEVİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Prezident sarayında Bolqarıstan Respublikasının sabiq Prezidenti, Balkan Siyasi Klubunun prezidenti Jelyu Jelevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı İlham Əliyev Jelyu Jelev ilə Sofiyada keçirdiyi görüşü məmnunluqla xatırladı.
Jelyu Jelev ümummilli lider Heydər Əliyev ilə Bolqarıstanda və Azərbaycanda keçirdiyi görüşlərin onda dərin təəssüratlar yaratdığını bildirdi. Qonaq rəhbərlik etdiyi Balkan Siyasi Klubunun fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verdi.