RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İSVEÇRƏ KONFEDERASİYASININ ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 26-da Prezident sarayında İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alain Quidettinin etimadnaməsini qəbul etmişdir.
Alain Quidetti Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Xatirə şəkli çəkdirildikdən sonra dövlətimizin başçısı səfirlə söhbət etdi. Alain Quidetti dedi ki, Azərbaycanda İsveçrə səfirliyinin fəaliyyətə başlaması ikitərəfli əlaqələrin bundan sonra da inkişafı üçün çox yaxşı zəmin yaradacaq, əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəkdir.
Prezident İlham Əliyev ölkəmizin İsveçrə ilə əlaqələrinin uğurla inkişaf etdiyini bildirdi və dedi ki, iki ölkə arasında münasibətlər yeni mərhələyə qədəm qoyur və genişlənir. Bakıda səfirliyin açılması da bu işdə əhəmiyyətli rol oynayacaqdır.