SİYASƏT
Azərbaycan Prezidenti İlham Əliyev Kuba Dövlət Şurasının və Nazirlər Şurasının Sədrini təbrik etmişdir
Bakı, 30 dekabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kuba Respublikasının milli bayramı – Azadlıq günü münasibətilə bu ölkənin Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rusa təbrik məktubu göndərmişdir.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev məktubda Kuba Dövlət Şurasının və Nazirlər Şurasının Sədrinə və Kuba xalqına milli bayram münasibətilə öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini yetirmişdir.
Dövlətimizin başçısı Azərbaycan ilə Kuba arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın mənafeyinə uyğun olaraq inkişaf edəcəyinə və daha da genişlənəcəyinə əminliyini bildirmişdir.
Azərbaycan Prezidenti Kuba Dövlət Şurasının və Nazirlər Şurasının Sədrinə möhkəm cansağlığı, işlərində uğurlar, dost Kuba xalqına əmin-amanlıq və firavanlıq arzulamışdır.