RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV PAYTAXTIN MƏRKƏZİNDƏKİ BAĞDA APARILAN YENİDƏNQURMA İŞLƏRİ İLƏ TANIŞ OLMUŞDUR
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 26-da paytaxtın Əziz Əliyev küçəsinin və Neftçilər prospektinin kəsişməsində (Kukla Teatrı ilə üzbəüz) yerləşən bağda aparılan yenidənqurma işləri ilə tanış olmuşdur.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva istirahət guşəsini gəzdilər. Məlumat verildi ki, burada müasir üslubda fəvvarə quraşdırılmış, əraziyə xaricdən gətirilmiş üzlük plitələr döşənmiş, oturacaqlar qoyulmuş və müasir standartlara uyğun işıqlandırma sistemi yaradılmışdır. Bütün bunlar əraziyə xüsusi yaraşıq verir. Bir sözlə, Bakının bu guşəsində sakinlərin və paytaxtımızın qonaqlarının istirahəti üçün hər cür şərait vardır.
Prezident İlham Əliyev şəhərin bu mərkəzi hissəsinin göz oxşamasının zəruriliyini bildirdi, işıqlandırma, yaşıllaşdırma işləri, habelə ətraf ərazinin də abadlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verdi.