Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV: “QARŞIDA BİZİ BÖYÜK İŞLƏR GÖZLƏYİR”

Bakı, 18 iyun (AZƏRTAC). Bu il Azərbaycanda “Ekologiya ili” elan edilib. Bu, təsadüfi deyildir. Çünki Prezident İlham Əliyevin tapşırığı ilə indi bu sahəyə çox böyük diqqət yetirilir. Dövlətimizin başçısı demişdir ki, biz xüsusilə Bakıda, Abşeron yarımadasında ekoloji vəziyyəti qısa müddət ərzində yaxşılaşdırmalıyıq. Eyni zamanda, bölgələrdə də bu məsələyə diqqət göstərilməlidir. Konkret proqramlar vardır və yerli icra orqanları bu işlərə fəal qoşulublar. Prezident İlham Əliyev Bakı Biznes Mərkəzinin açılışında demişdir: “Daha da fəal olmaq lazımdır ki, istədiyimizə nail olaq. Biz Azərbaycanı ekoloji cəhətdən ən təmiz ölkəyə çevirməliyik. Baxmayaraq ki, əsrlər boyu xüsusilə Bakıda, Bakının ətrafında neft mədənlərində hasilatla bağlı məsələlər o qədər də ekoloji standartlara uyğun deyildi. Bizi böyük işlər gözləyir. Neftlə çirklənmiş bütün əraziləri, gölməçələri, Xəzər dənizinin buxtasını təmizləməliyik. Məişət tullantıları zavodunun tikintisi nəticəsində artıq ekoloji vəziyyət böyük dərəcədə yaxşılaşdırılacaqdır. Biz bütün bu işləri planlı, sistemli şəkildə aparmalıyıq və bölgələrdə buna bənzər işlər aparılmalıdır”.

Dövlətimizin başçısının bəyan etdiyi kimi, 2009-cu il bir daha göstərdi ki, dünyanın neft bazarında baş verən hadisələrdən asılı olmayaraq, Azərbaycan uğurlu inkişafını davam etdirir. Bununla əlaqədar qeyd etmək lazımdır ki, 2009-cu il bütün dünya üçün sınaqlar və məhrumiyyətlər ili olmuşdur. Ölkəmiz bu sınaqlardan şərəflə çıxa bilmişdir. 2009-cu ildə, bundan əvvəlki illərdəki kimi, Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyat olmuşdur. 2009-cu ildə iqtisadi artım 9,3 faiz təşkil etmişdir. Sənaye istehsalının artımı 8,6 faiz, inflyasiya isə 1,5 faiz olmuşdur. Düşmənlərimiz, eləcə də bizi qısqanclıqla müşahidə edənlər, Azərbaycanın bütün uğurlarını neft sektoru ilə əlaqələndirənlər artıq başa düşmüşlər ki, bu uğurların əsasında hərtərəfli düşünülmüş siyasət, konkret proqramlar dayanır.

Gizli deyildir ki, əgər dövlətin inkişafı ölkənin bütün regionlarını məcmu halda əhatə etməsə, onun işləri uğurlu ola bilməz, çünki şəhər ilə kənd arasında fərqlərin tədricən aradan qaldırılması yalnız periferiyanın sürətli inkişafı və onun mərkəzlə planauyğun şəkildə yaxınlaşması şəraitində mümkündür. Bu da öz növbəsində, gənclərin regionlardan kənara axınını, daxili miqrasiya proseslərini dayandırar, buradan irəli gələn bütün demoqrafik və həyati əhəmiyyətli digər məsələləri həll etməyə imkan verər.

2009-2013-cü illərdə ölkəmizin sosial-iqtisadi inkişafının istiqamətlərini müəyyən edən Dövlət Proqramı artıq bir ildir ki, həyata keçirilməkdədir.

Dövlətimizin başçısı Biznes Mərkəzinin açılışındakı nitqində demişdir: “Bu proqram 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının məntiqi davamıdır. Çox sevindirici haldır ki, 2009-cu ildə başlanmış növbəti proqram da uğurla icra edilir. Proqramın uğurla icra edilməsində başlıca səbəb və əsas şərt ondan ibarətdir ki, 2004-2008-ci illəri əhatə edən Dövlət Proqramı uğurla yerinə yetirildi. O proqramda nəzərdə tutulmuş bütün vəzifələr icra edildi. Hətta onu deyə bilərəm ki, proqramda 2004-cü ildə nəzərdə tutulmayan məsələlər də oraya əlavə edildi. Əlavə maliyyə mənbələri müəyyən edildi və regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı nəzərdə tutduğumuzdan daha da geniş miqyasda icra edildi. Bu, bizə imkan verdi ki, bir neçə əsas vəzifəni icra edək. İlk növbədə, regionların canlanması, regionlarda müasir infrastrukturun yaradılması məsələləri öz həllini tapdı. Regionların siması dəyişdi, şəhərlərimiz öz qədimliyini saxlamaqla müasirləşdi, gözəlləşdi, abadlaşdı. İnsanlar üçün çox gözəl şərait yaradıldı, infrastruktur layihələri icra edildi, sosial obyektlərin tikintisinə böyük diqqət göstərildi”.

Proqramla hətta ötəri tanışlıq bunu yəqin etməyə imkan verir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı bütün istiqamətləri əhatə edir və bu gün Azərbaycanda elə bir sahə, elə bir istiqamət yoxdur ki, onların inkişafı üçün Dövlət Proqramı olmasın. Lakin hər halda bu gün qarşıda duran əsas vəzifə, dövlətin öz qarşısına qoyduğu əsas məqsəd qeyri-neft sektorunun, regionlarda sahibkarlığın inkişaf etdirilməsi məsələsidir.

“Yeni iş yerlərinin açılması, yeni müəssisələrin yaradılması, Azərbaycanda sahibkarlığa dəstək vermək üçün praktiki addımlar, kreditlər, subsidiyalar, fermerlərə dəstək və güzəştli şəraitin yaradılması, infrastruktur layihələrinin dövlət tərəfindən maliyyələşdirilməsi - bütün bu amillər bir məqsədi güdürdü ki, ölkəmizi hərtərəfli inkişaf etdirək, ölkəmizin uğurlu perspektivlərini müəyyən edək, neft-qaz amilindən asılılığı azaldaq və Azərbaycan iqtisadiyyatını şaxələndirək. Deyə bilərəm ki, biz bütün istiqamətlərdə istədiyimizə nail ola bildik... Təsadüfi deyil ki, beynəlxalq maliyyə qurumları da Azərbaycanda aparılan islahatları görür, qiymətləndirir və mükafatlandırırlar. 2008-ci ildə Azərbaycan “Doing Business” Proqramında dünyada bir nömrəli islahatçı ölkə kimi tanındı. Eyni zamanda, Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə 51-ci yerdədir. Biz bütün MDB məkanında birinciyik. Bu da çox böyük nailiyyətdir” - deyən Prezident İlham Əliyevin fikrincə, bütün bunlar onu göstərir ki, biz qısa müddət ərzində Azərbaycan iqtisadiyyatını şaxələndirməyə nail olmuşuq. Əlbəttə, bu heç də o demək deyildir ki, bütün məsələlər həll edilmişdir, qarşıda böyük fədakarlıq tələb edən işlər hələ çoxdur.

Prezident belə hesab edir ki, biz 50 il irəliyə baxmalı və enerji mənbələri tükənməyə başlayanda iqtisadiyyatımızın hansı yollarla və nəyin hesabına inkişaf edəcəyi barədə artıq bu gün fikirləşməliyik. Bu gün mühüm infrastrukturlar yaratmaqla, biznes mühitinin yaxşılaşdırılmasına yönəlmiş addımlar atmaqla, investisiyalar cəlb etməklə biz dünyada Azərbaycan haqqında real və müsbət fikir formalaşdırırıq.

Azərbaycanda işsizliyin aradan qaldırılması üzrə səmərəli iş aparılması da proqramın mühüm məqsədlərindən biridir. Birinci Dövlət Proqramının həyata keçirildiyi beş il müddətində ölkədə 800 minə yaxın yeni iş yeri açılmışdır. Bu gün deyə bilərik ki, Azərbaycanda işsizlik kimi sosial problem, əsasən həll edilmişdir. Bunu hər bir regionda, eləcə də son illərdə işləmək üçün Azərbaycana gələn əcnəbi vətəndaşların sayının artmasında müşahidə edirik.

Buna görə də tamamilə təbiidir ki, bu gün Azərbaycan ilk növbədə, əmək bazarının tənzimlənməsi məsələlərinin yüksək səviyyədə həll edilməsi və Azərbaycan vətəndaşlarının hüquqlarının daha etibarlı müdafiə olunması üçün miqrasiya məsələlərini daha ciddi tənzimləməlidir. Azərbaycan dövlətinin başçısının fikrincə, ilk növbədə, Azərbaycan vətəndaşları işlə təmin edilməlidir.

Yaxın perspektivdə Azərbaycan dövlətinin qarşısında duran qlobal məsələlərə toxunaraq kiçik bir epizod üzərində dayanmaq, onu yuxarıda deyilənlərə əyani nümunə kimi ümumi inkişaf kontekstində nəzərdən keçirmək istərdik.

Bu yaxınlarda Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC) Suraxanı Rayon İcra Hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilati dəstəyi ilə Suraxanı rayonunda Milli Qurtuluş Gününə həsr edilmiş “15 iyun - Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir” mövzusunda konfrans keçirilmişdir. Bu məqsədlə AZƏRTAC-ın əməkdaşlarının bir qrupu həmin rayonda olmuş və bu rayonda dövlət proqramı çərçivəsində necə genişmiqyaslı işlər aparıldığını bilavasitə yəqin etmişdir. Biz əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin abidəsi önünə tər çiçəklər qoymuş, sonra Mərkəzin özü, ümummilli liderin adını daşıyan mədəniyyət və istirahət parkı, rayon İcra hakimiyyətinin yeni binası ilə tanış olduq.

Suraxanı rayon İcra hakimiyyətinin başçısı İlqar Abbasovun lütfkarlıqla təqdim etdiyi informasiyaya əsasən öyrəndik ki, Heydər Əliyev Mərkəzinin üçmərtəbəli binası ümummilli liderin adını daşıyan parkın ən gözəl guşəsində orijinal layihə əsasında ucaldılmışdır. Binanın hər mərtəbəsinin sahəsi 360 kvadratmetrdir.

Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edən mərkəzdə ümummilli liderin həyatının və çoxşaxəli dövləti fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və eksponatlar toplanmışdır.

Mərkəzin birinci mərtəbəsində nümayiş etdirilən fotoşəkillər ulu öndərin istər sovet hakimiyyəti dövründə, istərsə də müstəqillik illərində respublikaya rəhbərlik etdiyi vaxtda Suraxanı rayonunda keçirilmiş müxtəlif tədbirlərdə iştirakını əks etdirir. Burada mültimedia və bədii studiya, ümumi həcmi 50 min səhifəyə bərabər olan 200 adda müxtəlif kitabların toplandığı elektron kitabxana işləyir. Uşaqlar üçün multimedia studiyasında ulu öndər Heydər Əliyevin dövləti fəaliyyətindən bəhs edən üçseriyalı film hazırlanmışdır. Bu, idraki baxımdan çox dəyərli amildir. Bundan əlavə, mərkəzin xüsusi internet saytı yaradılmışdır. Mərkəzin fəaliyyəti ilə tanış olmağı arzu edənlər mərkəzin girəcəyində quraşdırılmış elektron informasiya köşkünün xidmətlərindən istifadə edə bilərlər.

Burada hər şey insanı heyran edir - ikinci mərtəbədəki geniş sərgi salonunda Əməkdar Rəssam Rafael Abbasovun fırçasının məhsulu olan “Ulu öndər” tablosu da, ümummilli liderin həyatının müxtəlif anlarını əks etdirən çoxsaylı fotoşəkillər də, xüsusi fərdi səs sistemi ilə təchiz olunmuş kreslolar da, ulu öndərin zəngin irsinin, onun həyat və fəaliyyətinin müxtəlif dövrlərinin öyrənilməsi üçün gənclərlə məşğələlər keçirilməsi üçün nəzərdə tutulan plazma panelli üç elektron auditoriya da.

Mərkəzin üçüncü mərtəbəsində “Heydər Əliyev - Azərbaycan xalqının ümummilli lideri” mövzusunda elektron sərgi təşkil edilmişdir, burada müasir texnoloji avadanlıqla təchiz olunmuş konfrans zalı - lektoriya fəaliyyət göstərir.

Bir sözlə, qısa müddətdə ideoloji mərkəzə çevrilmiş Heydər Əliyev Mərkəzində toplanmış materiallar ulu öndərin məzmunlu və çoxşaxəli fəaliyyəti, Azərbaycanın təxminən 30 illik tarixi barədə dolğun təsəvvür yaradır.

Ümummilli liderin adını daşıyan yeni mədəniyyət və istirahət parkı Suraxanı rayonunun Əmircan qəsəbəsinə xüsusi gözəllik bəxş edir. Bura sakinlərin ən sevimli istirahət guşəsidir.

Onu da qeyd etmək lazımdır ki, Heydər Əliyev adına parkın ərazisi 4 hektara bərabərdir. Burada 15 min müxtəlif ağac və gül kolu əkilmişdir. Parkın bütün ərazisi yaşıllığa bürünmüşdür. Burada attraksionlar, idman-trenajor avadanlıqları, talvarlar, ən tələbkar zövqü belə oxşayan uşaq meydançaları tikilmişdir. Parkda müxtəlif formalı 100-ə yaxın skamya qoyulmuş, ən müasir işıqlandırma sistemi, musiqili fəvvarələr və “Su teatrı” tikilmişdir.

Parkda piyada gəzintilər üçün cığırlar və yollar salınmış, transformator və generator məntəqələri, su quyusu, suvarma sistemi, su anbarı nəzərdə tutulmuşdur. Çoxsaylı istirahət guşələrinin tərtibatında dekorativ daşlardan, gül-çiçəkdən və digər landşaft kompozisiyalarından istifadə edilməsi parkın gözəlliyini daha da artırır.

Buradakı Bayraq meydanında hündürlüyü 26 metr olan qüllədə Azərbaycan Respublikasının dövlət bayrağı dalğalanır. Bu meydanda quraşdırılmış günəş saatı isə həm “yay vaxtını”, həm də “qış vaxtını” göstərir.

Gənc heykəltəraşların əl işləri parka xüsusi gözəllik bəxş edir. Rayon İcra hakimiyyəti başçısının sözlərinə görə, gənc heykəltəraşlar öz işlərinin mövzularını sərbəst seçmişlər. Parkın ərazisində müxtəlif yerlərdə müşahidə kameraları quraşdırılmış, buraya gələnlərin mühafizəsi təmin edilmişdir.

Suraxanı Rayon İcra Hakimiyyətinin yeni inzibati binası da burada yerləşir. Ümumi sahəsi 4186 kvadratmetrə bərabər olan binanın yeraltı avtomobil dayanacağı, geniş yeməkxanası və 320 yerlik akt zalı vardır. Akt zalı inzibati binanın əsas korpusu ilə xüsusi keçid vasitəsilə birləşir. Binanın ikinci, üçüncü və dördüncü mərtəbələrində iş kabinetləri və xidməti otaqlar, qəbul otaqları və konfrans zalı yerləşir. Kompleksdə işıqlandırma, su təchizatı, ventilyasiya, rabitə, videomüşahidə və təhlükəsizlik, həmçinin kompyuter və televiziya sistemləri quraşdırılmışdır. Fasadın tərtibatında yüksək keyfiyyətli ağ qranit plitələrdən, zövqlə seçilmiş işıq dizaynından istifadə edilmişdir.

Bir sözlə, yeni binada işləmək üçün hər cür şərait yaradılmışdır. İcra hakimiyyətinin əməkdaşları rayonun, necə deyərlər, nəbzini tutur, yaranan problemləri vaxtında həll etmək üçün mühüm tədbirlər görür, ehtiyacı olanlara imkan daxilində yardım göstərirlər.

Rayonun bütün ərazisində abadlıq işləri aparılır, müasir yollar, sosial və mədəni təyinatlı mühüm obyektlər tikilir. Heydər Əliyev adına Beynəlxalq hava limanına gedən yol boyunca görülmüş abadlıq işləri diqqəti daha çox cəlb edir.

XVII-XVIII əsrlərdə atəşpərəstlərin qədim ziyarətgahının yerində ucaldılmış Atəşgah da burada yerləşir. Əbədi məşəl ucaldılmış yerdə təbii qaz alovlanır. YUNESKO-nun dünya irsi siyahısına daxil edilmiş bu bənzərsiz və nadir abidə - Atəşgah məbədi 20-26 hücrədən və mərkəzi minarədən ibarətdir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Atəşgah məbədi dövlət tarix-memarlıq qoruğu elan edilmişdir.

Cari ilin birinci rübünün yekunları rayonun sürətli inkişafına əyani nümunədir. Cəmi bir neçə rəqəm göstərmək istərdim. Bu dövr ərzində rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən 4032 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir, həmin dövrdə bütövlükdə 1,5 milyon manat sosial yardım ödənilmiş, 291 nəfər tənha və əlil vətəndaşa evlərində yardım göstərilmişdir. Rayon məşğulluq mərkəzi 75 nəfər işsiz vətəndaşı işlə təmin etmişdir. Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən 26 min 124 pensiyaçıya 8,9 milyon manat məbləğində vəsait ödənilmişdir. Mən hələ əhaliyə göstərilmiş tibbi, mənzil-kommunal və təhsil xidmətlərini demirəm. Rayon İcra hakimiyyətində yaradılmış mərkəzləşdirilmiş informasiya təminatı sisteminin köməyi ilə 2006-2009-cu illərdə görülmüş işlər müqayisəli şəkildə təhlil edilmişdir.

Oxucunu statistik məlumatlarla yormaq istəməzdim. Yalnız bir yenilik barədə deməyi vacib sayıram. “Elektron icraçı” adlanan bu avtomatlaşdırılmış idarəetmə sistemi İcra hakimiyyətinə daxil olan sənədlərə, verilmiş tapşırıq və göstərişlərin icrasına nəzarəti gücləndirir.

Bütün bunlar yalnız bir rayonun - Bakının şəhərətrafı zonasında yerləşən Suraxanı rayonunun timsalında gördüklərimizdir.

Ulu öndər Heydər Əliyevin qurub yaratdığı müasir müstəqil Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti sayəsində dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir.

Dövlətimizin başçısı demişdir: “Ölkəmizin uzunmüddətli, dayanıqlı və səmərəli iqtisadi inkişafını təmin etmək üçün bu gün işləməliyik, çalışmalıyıq və biz bunu edirik. Biz elə etməliyik ki, ölkəmiz bu gün olduğu kimi, bütün dövrlərdə öz hesabına yaşaya bilsin, xalqımız öz müqəddəratını həmişə olduğu kimi özü müəyyən etsin. Biz heç kimdən asılı olmayaq, öz siyasətimizi həmişə ləyaqətlə aparaq və ölkəmizi möhkəmləndirək.

Azərbaycan regionda çox mühüm rol oynayır. Bu, reallıqdır, bu, həqiqətdir və bu həqiqəti biz yaratdıq. Nə enerji mənbələrimiz, nə coğrafi vəziyyətimiz özü-özlüyündə bu vəziyyəti bizim üçün yarada bilməz. Ancaq düşünülmüş siyasət, prinsipial mövqe, müstəqil siyasət və əlbəttə ki, coğrafi vəziyyət və bölgədəki vəziyyətə bizim münasibətimiz və təsirimiz bütün bu gözəl şəraiti bizim üçün yaradır”.

Tamilla Nuriyeva

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub VİDEO

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar