Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

-İlk növbədə, mən qardaş Tacikistan torpağında belə səmimi qəbula, mənə və nümayəndə heyətimizin bütün üzvlərinə göstərilən qonaqpərvərliyə görə dostum Emoməli Şaripoviçə bir daha dərin minnətdarlığımı bildirmək istərdim.
Bu, Azərbaycan Prezidentinin Tacikistana ilk rəsmi səfəridir və artıq bu gün demək olar ki, səfər çox uğurlu keçir. Çox ətraflı danışıqlar aparıldı, istər ikitərəfli əməkdaşlıqla, istərsə də beynəlxalq münasibətlərlə bağlı məsələlərin bütün spektri nəzərdən keçirildi. Həmçinin münasibətlərimizin inkişafının əsas yolları göstərildi, ikitərəfli siyasi, iqtisadi, humanitar əlaqələrin inkişaf istiqamətlərini bəri başdan müəyyən edəcək çox mühüm sənədlər imzalandı. Hətta bu sənədlərin özü ikitərəfli planda mövcud olan başlıca istiqamətləri göstərir. Bunlar həm siyasi, həm iqtisadi, həm də mədəni münasibətlərdir.
Biz ikitərəfli münasibətlərimizə çox böyük əhəmiyyət veririk və bunun parlaq təzahürü kimi deyə bilərəm ki, Azərbaycanın Tacikistanda səfirliyinin açılması haqqında qərar qəbul etmişik. Ümidvaram ki, bu səfirlik yaxın vaxtlarda açılacaqdır. Bu, ikitərəfli əlaqələrimizi möhkəmləndirmək barədə niyyətlərimizin ciddiliyinin parlaq təsdiqidir.
Çox yaxşı perspektivlər var. Bizi ümumi mədəniyyət, ümumi tarixi keçmiş, ənənələr, zəngin mədəni irs, xalqlarımızın yaxınlığı, habelə müstəqilliyin bütün illəri ərzində ölkələrimizin və xalqlarımızın hiss etdikləri qarşılıqlı dəstək birləşdirir.
15 il əvvəl xalqlarımız azadlıq əldə etdilər, ölkələrimiz müstəqil dövlətlər oldu və oxşar problemlərlə - müharibə, dağıntılar, insanların bədbəxtlikləri ilə qarşılaşdı. Lakin xalqlarımız bu ciddi sınaqdan şərəflə çıxdılar. Hazırda dövlətçilik sabit inkişaf edir, möhkəmlənir, öz vətəndaşlarımıza yaxşı həyat yaradılması üçün iş gedir.
Ölkələrimizin iqtisadiyyatlarının inkişaf sürəti çox aydın şəkildə göstərir ki, onlar ən ağır vaxtları, böhran dövrünü arxada qoymuşlar. Hərçənd bizim regionda, - Cənubi Qafqazda da problemlər hələ vardır.
Azərbaycan Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasətindən zərər çəkmişdir. Bu etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. Azərbaycan ərazisinin 20 faizi işğal altındadır. Biz münaqişənin beynəlxalq aləmdə tanınmış hüquqi normalar çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri nəzərə alınmaqla həll edilməsinə tərəfdarıq. Bu qətnamələr erməni işğal qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir.
Bununla yanaşı, biz 1994-cü ildə müvəqqəti barışıq yarandığı vaxtdan bəri iqtisadi potensialın möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişafı üzərində fəal işləmişik və işləyirik. Bu istiqamətdə çox böyük uğurlar qazanmışıq. Biz çox böyük transmilli regional enerji və nəqliyyat layihələri həyata keçirmişik. Onlar, bir tərəfdən, Azərbaycanın regionda və dünyada rolunu və mövqeyini möhkəmləndirir, digər tərəfdən isə, ölkəmizin malik olduğu çox böyük iqtisadi və intellektual potensialdan tam istifadə etmək imkanı verir.
Əminəm ki, məqsədyönlülük, öz gücümüzə, habelə haqq-ədalətə inam və əzmkarlıq elə amillərdir ki, onlar ölkəmizə işğalın nəticələrini aradan qaldırmağa və ərazi bütövlüyümüzü bərpa etməyə imkan verəcəkdir.
Bu gün mənim hörmətli Emoməli Şaripoviçlə ikitərəfli münasibətlərimizlə bağlı məsələlərin çox geniş dairəsini müzakirə etmək imkanım oldu. Ümumi anlayışımız belədir ki, münasibətlərimizi yalnız real, əməli işlərlə dolğunlaşdırmaqla yüksək səviyyəyə çıxarmaq olar. Mənim Tacikistana səfərim də bu istiqamətdə mühüm addımlardan biridir. Mən də dostum Emoməli Şaripoviçi onun üçün əlverişli vaxtda Azərbaycana rəsmi səfərə və bu cür fəal dialoqu davam etdirməyə dəvət etdim.
Səmimi qəbula görə bir daha təşəkkürümü bildirmək istəyirəm, burada özümü evimdəki kimi hiss edirəm. Ümidvaram ki, ölkələrimiz və xalqlarımız arasındakı münasibətlər gələcəkdə də möhkəmlənəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
 
X X X
 
Sonra dövlət başçıları jurnalistlərin suallarına cavab verdilər.
SUAL: (Zərinə Nazarova, “Mir” Dövlətlərarası Teleradio Şirkəti): İlham Heydəroviç, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının perspektivləri necədir və Azərbaycan hansı investisiya layihələrində, - xüsusən Tacikistanda, - iştirak etmək niyyətindədir?
İLHAM ƏLİYEV: Əməkdaşlıq, ümumən, çox uğurla inkişaf edir. Biz Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarını, habelə sonra Qara dəniz hövzəsi regionlarını və Avropanı birləşdirən energetika və nəqliyyat layihələri üzərində işləyirik. Nəqliyyat və energetika layihələri, Mərkəzi Asiya ölkələri ilə əmtəə dövriyyəsinin artırılması öz bəhrələrini verir. Ona görə də bu istiqamət bizim üçün çox vacib, çox perspektivlidir. Asiya ilə Avropa arasında körpü olan Azərbaycan bu baxımdan özünün bütün istər nəqliyyat, istərsə də energetika infrastrukurunu, - bunlar həm neft, həm də qaz kəmərləridir, - Mərkəzi Asiyanın istehsalçıları və təchizatçılarının istifadəsinə verməyə hazırdır və verir.
O ki qaldı investisiya layihələrinə, deməliyəm ki, hələ ötən il Azərbaycan şirkətləri ölkəmizin hüdudlarından kənarda kapital qoyuluşu proqramını ciddi surətdə həyata keçirməyə başlamışlar. O vaxtadək bütün əsas səylərimiz daxili investisiyalara, iqtisadiyyatın real sektorunun inkişafına və sənaye istehsalının artırılmasına yönəldilmişdi. Deməliyəm ki, bu, çox hissolunan nəticələrini vermişdir. Keçən il Azərbaycan sənayesi, əsasən, sərmayələr, o cümlədən Azərbaycanın öz şirkətlərinin sərmayələri hesabına 40 faiz artmışdır.
Hazırda müəssisələrimizin dünyada yaxşı nüfuzu var, maliyyə imkanları var və sərmayə yatırımı prosesi başlanmışdır. Ona görə də bugünkü səfər, imzalanmış sənədlər, əminəm ki, fəal dialoqun gələcəkdə də davam etdirilməsi, nümayəndə heyətləri mübadiləsi, - o cümlədən iqtisadi sahədə, - vəsaitimizin Tacikistan iqtisadiyyatının hansı sektoruna yatırıla biləcəyi barədə daha tam təsəvvür yaradacaqdır. Biz bunu çox diqqətlə nəzərdən keçiririk və əminəm ki, hörmətli Emoməli Şaripoviçin Azərbaycana səfərinədək bu istiqamətdə birgə fəaliyyətimizin əsas cizgiləri artıq görünəcəkdir.
SUAL: (Fərid İsgəndərov, Azərbaycanın “Space” teleşirkəti): Mən prezidentləri salamlayıram. Sualım həm Azərbaycan Prezidentinə, həm də Tacikistan Prezidentinədir. Lütfən deyin, iki ölkə arasında humanitar, mədəni əlaqələrin inkişaf perspektivləri necədir?
EMOMƏLİ RƏHMONOV: Bu gün biz geniş tərkibdə görüşümüzdə də mədəni-humanitar sahədə əlaqələrin inkişafı, o cümlədən Azərbaycanda Tacikistan mədəniyyəti günləri və Tacikistanda Azərbaycan mədəniyyəti günləri keçirilməsi məsələlərini müzakirə etdik. Özü də təkcə mədəniyyət günlərinin keçirilməsini deyil. Bu gün biz sənədlər imzaladıq və yaxşı bünövrə, sanballı hüquqi baza yaratdıq. Bu gün biz qapılarımızı açırıq - viza rejimi haqqında saziş imzaladıq. Bu, yaxşı perspektiv açır. Bu gün mən hörmətli və əziz dostum İlham Heydəroviçə məlumat verdim ki, respublikanın təşəkkülünün hətta ilk illərində, hələ keçmiş Sovet İttifaqı dövründə Azərbaycan ziyalılarının olduqca çox nümayəndələri bu prosesdə iştirak edir, rəhbər vəzifələrdə, Tacikistan KP MK-nın katibləri olmuşlar. Tacikistanın birinci daxili işlər naziri məhz Azərbaycan diasporunun nümayəndəsi idi. İndi biz çox sanballı hüquqi-müqavilə bazası yaratmışıq və iqtisadiyyatdan, siyasi, diplomatik fəaliyyətdən tutmuş bütün istiqamətlərdə, bütün sahələrdə inkişafa başlandığını bildirmişik. Ticarət-iqtisadi fəaliyyət xüsusilə inkişaf edir, ildən-ilə artır, inkişaf sürəti çox yüksəkdir - əmtəə dövriyyəsi hər il 25-30 faiz artır. O, ötən il 140 milyon dollardan artıq olmuşdur ki, bu da 2005-ci ildəkinə nisbətən 22 faiz çoxdur. Bu gün hər iki tərəf mədəni-humanitar əlaqələrimizi inkişaf etdirmək niyyətində olduğunu təsdiqlədi. 
İLHAM ƏLİYEV: Əlavə etmək istərdim ki, biz əməkdaşlığımızın iqtisadi və siyasi sahələri kimi, bu istiqamətinə də ciddi yanaşırıq. Çünki, qeyd olunduğu kimi, bizi həm də mədəniyyətlərin ümumiliyi birləşdirir. Sovet İttifaqının tərkibində olduğumuz dövrdə də qarşılıqlı əlaqələr çox fəal idi. Xalqlarımızın humanitar sahədə qarşılıqlı əlaqələr çərçivəsində yaratdıqları müsbət nə varsa, hamısını bugünkü həyata da keçirmişik və ümid edirik ki, əlaqələrimiz möhkəmlənəcək, inkişaf edəcəkdir. Bundan ötrü çox sanballı baza var. Yeri gəlmişkən, ikitərəfli münasibətlərimizin əsasını da, başlıca olaraq, bu baza təşkil edir. Çünki böyük mədəni ümumilik olan ölkələrlə, xalqlarla ümumi dil tapmaq və münasibətlər qurmaq həmişə asandır. Bizim ənənələrdə də, ədəbiyyatda da, incəsənətdə də, bütün başqa sahələrdə də ümumiliyimiz mövcuddur. Hətta bayramlarımız da eynidir.
Bu imkandan istifadə edərək, qardaş tacik xalqını üzümüzə gələn Novruz bayramı münasibətilə təbrik etmək, hamıya firavanlıq, xoşbəxtlik və ölkənizə tərəqqi arzulamaq istərdim.
SUAL: (Zarohoddin Sirocov, Tacikistan): Mənim sualım Azərbaycan Respublikasının Prezidentinədir. Hörmətli İlham Heydəroviç, Tacikistanda bir sıra işlənilməmiş neft və qaz yataqları var. Azərbaycan isə bu sahədə böyük təcrübəyə malikdir. Siz bu sahədə inkişafın mümkünlüyünə və perspektivlərinə necə baxırsınız?
İLHAM ƏLİYEV: Mən artıq əvvəldə bu suala cavab verdim. Biz bütün bunları xaricdə gerçəkləşdirilən ciddi investisiya layihələri çərçivəsində nəzərdən keçiririk. Artıq ötən ilin axırlarından bəri bu cür layihələr həyata keçirilməyə başlanmışdır. Azərbaycan Dövlət Neft Şirkəti keçmiş ittifaqın bəzi respublikalarının infrastrukturuna on, yüz milyon dollarlarla sərmayə qoymuşdur. Bu proses davam edir. Dediyiniz kimi, bizim çox böyük təcrübəmiz var. Azərbaycan dünyada neftin ilk dəfə sənaye üsulu ilə çıxarıldığı, eləcə də dünyada ilk dəfə dəniz yataqlarından neft çıxarıldığı ölkədir. Əlbəttə, bu böyük təcrübədir, üstəlik, indi onun çox ciddi iqtisadi kapitalı, milyardlarla dollar valyuta ehtiyatları olan dünyanın aparıcı neft şirkətləri ilə, - dünyanın bütün aparıcı neft şirkətləri investorlar kimi Azərbaycandadır, - əməkdaşlıq təcrübəsi ilə möhkəmləndiyi bir vaxtda Tacikistanda bir sıra layihələrdə birgə iştirak bizim üçün böyük maraq doğurardı. Amma bunun üçün təkcə xoş məram və niyyət azdır. Zənnimcə, əgər biz bunu daha ətraflı müzakirə etsək, onda vəziyyətlə daha ətraflı tanış olmaq və mümkün əməkdaşlığın yollarını müəyyənləşdirmək üçün Azərbaycan neft sənayesinin ekspertlərindən ibarət nümayəndə heyətinin Tacikistana göndərilməsindən danışmaq olar.
SUAL: (Zənurə Talıbova, Azərbaycanın ANS teleşirkəti.): Mənim sualım hər iki prezidentədir. Sizcə, Azərbaycan Prezidentinin Tacikistana rəsmi səfəri ölkələrimiz arasında siyasi dialoq üçün nə kimi yeni imkanlar açır?
       EMOMƏLİ RƏHMONOV: Ölkələrimiz bir çox beynəlxalq və regional təşkilatların üzvüdür. Əvvəla, biz BMT-nin, ATƏT-in, MDB-nin üzvüyük. Bu beynəlxalq təşkilatlarda uyğun gələn baxışlarımız, müzakirə və qəbul edilən qərarlarımız olduqca çoxdur. Yəni ölkələrimiz arasında siyasi əlaqələr, siyasi dialoq həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdiriləcəkdir. Biz Azərbaycanın mərhum Prezidenti, uzun illər tanıdığımız və birlikdə işlədiyimiz Heydər Əliyeviçdən həmişə dəstək alırdıq. Heydər Əliyeviç bütün beynəlxalq və regional təşkilatlarda Tacikistanın mövqeyini həmişə dəstəkləyirdi. Düşünürəm ki, belə ənənə gələcəkdə də davam etdiriləcəkdir. Biz bir-birimizi hər vasitə ilə dəstəkləyəcəyik. Hər vasitə ilə buna çalışacağıq. Bu gün biz razılığa gəldik və mən dostum İlham Heydəroviçin Azərbaycana rəsmi səfər etmək barədə dəvətini qəbul etdim. Çox təəssüf ki, bütün bu illər ərzində mən Azərbaycanda, Bakıda olmamışam. Odur ki, ilin sonunadək cavab səfərinə getmək niyyətindəyəm. Bu, işimizə kağız üzərində deyil, əməli surətdə təkan verəcəkdir. Bax, indi sual verirsiniz. Demək istəyirəm ki, bütün məsələlərimizi bir səfər ərzində dərhal həll etmək olmaz və dərhal sabah burada sərmayə olmayacaq, yaxud investisiya şirkəti işləməyəcək və digər iqtisadi layihələr həyata keçirilməyəcəkdir. Bu, həmin prosesə güclü təkan verəcək və onu sürətləndirəcəkdir. Qısa müddət ərzində yüksək səviyyədə görüşlər, ölkələrimizin diplomatik əlaqələri, biznes forumları olacaqdır. Zənnimcə, cavab səfərində biznes qurumlarımızın nümayəndələrini də dəvət etmək yaxşı olardı.
İndi Tacikistanda 400-dən çox layihə hazırlanmış və sərmayələrin cəlb olunması üçün təqdim edilmişdir. Bunlar hidroenergetika sahəsinə, mineral ehtiyatların, qiymətli daşların, qiymətli metalların emalının inkişafı, kömür sənayesinin inkişafı sahəsinə aiddir. Tacikistan bunlarla zəngindir. Keçmiş Sovet İttifaqından bizə xəritə üzərində qalan neft və qaz yataqları Tacikistanın özünü neft və qaz ilə çox cüzi təmin etmək üçün kifayətdir. İlham Heydəroviç deyir ki, dünyanın ən iri şirkətləri Azərbaycanda bu sahədə işləyir. Bu, bizi çox maraqlandırır. Düşünürəm ki, gələcəkdə biz bu şirkətləri yataqların işlənilməsinə, öyrənilməsinə, belə layihələrə sərmayə yönəltməsinə cəlb etməyin mümkünlüyünü nəzərdən keçirəcəyik.
İLHAM ƏLİYEV: Əlavə etmək istərdim ki, Emoməli Şaripoviçlə bizim aramızda çox fəal dialoq mövcuddur. Biz müxtəlif beynəlxalq forumlarda tez-tez görüşürük və həmişə də ikitərəfli görüşlər keçirməyə, fikir mübadiləsi aparmağa imkan tapırıq. Mövqelərimiz üst-üstə düşür. Elə bugünkü səfərim və istər təkbətək, istərsə də geniş formatda apardığımız ikitərəfli danışıqlar bir daha göstərir ki, baxışlarımız uyğun gəlir. İkitərəfli, regional əməkdaşlıq məsələlərində də, regionda təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi məsələlərində də, ölkələrimizdə dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, müstəqilliyimizin möhkəmləndirilməsi məsələlərində də.
Əlbəttə ki, bütün bunlar çox fəal siyasi dialoqa kömək edir. Dediyim kimi, biz Azərbaycanın Tacikistanda səfirliyini açmağı qərara almışıq və bu mühüm siyasi addım siyasi əlaqələrimizi möhkəmləndirəcək və eyni zamanda, hər iki ölkənin potensialını daha yaxşı bilməyə imkan verəcək, iqtisadi münasibətləri də, humanitar əlaqələri də və s. inkişaf etdirməyə daha çox imkan yaradacaqdır.
Ona görə də biz münasibətlərimizin səviyyəsindən razıyıq, aramızda heç bir problem yoxdur. Əksinə, qarşılıqlı hörmət, dostluq hissləri mövcuddur və bu hisslər xalqlarımızın əməkdaşlığının çoxəsrlik təcrübəsi ilə möhkəmlənmişdir.
Bu gün Emoməli Şaripoviç Azərbaycanın ümummilli lideri Heydər Əliyev ilə görüşlərini və onların arasında mövcud olmuş səmimi münasibətləri də xatırladı. Azərbaycanda Heydər Əliyevin xətti və siyasəti bütün istiqamətlərdə davam edir. Mən bunu Prezident vəzifəsinə yenicə başlayanda bildirmişdim və indi də bu, ölkəmiz üçün tərəqqiyə və çiçəklənməyə doğru yeganə yoldur. Təbii ki, əvvəlki illərdə mövcud olmuş siyasət bu gün ikitərəfli münasibətlərimizdə davam və inkişaf edir.
Daha bir məqamı da demək istəyirəm ki, Emoməli Şaripoviçlə ikilikdə keçirdiyimiz görüşlər bir çox ümumi cəhətlərimizin olduğunu göstərdi. Təəssüf ki, belə bir ümumi məqam o idi ki, nə mən indiyədək Tacikistanda olmuşdum, nə də o, Azərbaycanda olubdur. Bu, böyük nöqsan idi və bu gün mən onu aradan qaldırdım. Ümidvaram ki, Emoməli Şaripoviç yaxın vaxtlarda ölkəmizə gələcək və biz fəal əməkdaşlığımızı davam etdirəcəyik.
EMOMƏLİ RƏHMONOV: Əziz dostlar, əlavə olaraq deyim ki, Azərbaycanın indiki inkişaf səviyyəsi bizi çox sevindirir. Bizi Qazaxıstanın da inkişaf səviyyəsi çox sevindirir. Bütün ənənəvi, çoxəsrlik dostluq münasibətləri, sırf insani münasibətlər də. Bir də ki, onlar qonşularımız, ən yaxın qonşularımızdır.
Taciklərin yaxşı bir məsəli var: qonşunun gün-güzəranı yaxşı olsa, ondan sənə də pay düşər. Əgər qonşunun vəziyyəti pisdirsə, onda sən də buna hazırlaş. Tacikistanda baş vermiş faciə - vətəndaş müharibəsinin başlanması, Əfqanıstanda baş vermiş və iyirmi iki ildən artıq davam etmiş faciə Tacikistanda vəziyyətə təsir göstərir. Uğurla inkişaf edən ölkə kimi yaxşı qonşumuz olduqda isə, biz də qazanırıq. İndi hər il Qazaxıstandan Tacikistan iqtisadiyyatına 70 milyon dollardan çox vəsait yönəldilir. Halbuki beş il əvvəl Qazaxıstanın özünün belə imkanı yox idi. Düşünürəm ki, tezliklə Azərbaycandan da sərmayələr olacaqdır. Bu, məgər pisdir? Yox, bu yaxşıdır. Bu gün biz çox yaxınıq. İlham Heydəroviç bu gün buraya təyyarə ilə cəmi iki saat yarıma gəldi. Bu, məgər məsafədir? İndi bu məsafə heç nədir.
Hörmətli jurnalistlər, çox sağ olun. Bu gün mən mətbuat konfransının əvvəlində bayram münasibətilə sizi də təbrik etdim, üzümüzə gələn Novruz bayramı münasibətilə bir daha təbrik edirəm. Düşünürəm ki, o, bizim hamımız üçün ümumi bayramdır. Odur ki, yaxşı ovqat, möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq arzulayıram.
             

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər