Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN KOREYA RESPUBLİKASININ “JOONG ANG LİBO” QƏZETİNİN MÜXBİRİ YU ÇU ÇONA MÜSAHİBƏSİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN KOREYA RESPUBLİKASININ “JOONG ANG LİBO” QƏZETİNİN MÜXBİRİ YU ÇU ÇONA MÜSAHİBƏSİ

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Prezident sarayında Koreya Respublikasının “Joong Ang Libo” qəzetinin müxbiri Yu Çu Çona müsahibə vermişdir. AZƏRTAC həmin müsahibənin mətnini oxuculara təqdim edir.

-Cənab Prezident, ilk növbədə, qiymətli vaxtınızdan bizə ayırdığınıza görə xüsusi təşəkkürümü bildirmək və Sizin Koreya Respublikasına qarşıdan gələn səfərinizi alqışlamaq istəyirəm.
-Sağ olun. Bəli, mən sizin ölkəyə səfərə çıxıram.
-Ən əvvəl, xalqımız Sizin Cənubi Koreyaya səfərinizin gündəliyi haqqında bilmək istərdi.
-Bu səfər Koreya Respublikası Prezidentinin Azərbaycana səfərindən sonra başlanmış güclü dialoqun davamıdır. Hazırda münasibətlərimiz yeni mərhələdədir. Onların olduqca geniş gündəliyi var. Prezidentinizin ölkəmizə səfəri zamanı biz ikitərəfli münasibətlərə, iqtisadi əməkdaşlığa aid məsələləri və iqtisadi inkişafın müxtəlif aspektlərini müzakirə etdik. Bildiyiniz kimi, sizin ölkənizdə səfirliyimizi açdıq. Bu, ölkənizlə olduqca möhkəm əməkdaşlıq edilməsinə olan maraqdan irəli gəlir. Əlbəttə ki, səfərin gündəliyi geniş olacaqdır. Hazırda biz öz infrastrukturumuzu inkişaf etdiririk. İqtisadi artım böyük sürətlə gedir. Bir sözlə, bizim böyük həcmdə əlavə maliyyə ehtiyatlarımız var. Biz təcrübəli, peşəkar və Azərbaycanda iş görməyə marağı olan şirkətlərlə işləmək istəyirik. Bu meyarlara cavab verən bir çox xarici şirkətlər var. Ümidvaram ki, səfər uğurlu olacaqdır.
Bundan əlavə, Azərbaycandan olan bir çox iş adamları Cənubi Koreyaya səfər edəcək və orada biznes forumu keçiriləcəkdir. Hesab edirəm ki, nəticələr çox müsbət olacaqdır.
-Buraya gəlməzdən əvvəl, mən bəzi məlumatlarla, o cümlədən Sizin ölkənizdə son zamanlardakı iqtisadi artımı nümayiş etdirən statistik göstəricilərlə tanış oldum. Misal üçün, Siz 30 faizdən artıq real iqtisadi inkişafa nail olmusunuz.
-Bəli, ötən il ərzində ÜDM-in artımı təqribən 35 faiz olmuşdur. Lakin 2005-ci ildə bu rəqəm 26 faiz idi. 2007-ci ilin birinci rübündə bizdə ÜDM-in artımı 40 faiz olmuşdur. Bu, dünyada analoqu olmayan bir göstəricidir. Artıq üçüncü ildir ki, biz iqtisadiyyatın sürətli inkişafına görə birinci yeri tuturuq.
-Cənab Prezident, bu cür uğurun sirri nədədir?
-İlk növbədə, iqtisadi islahatlar və siyasi sabitlik. Bunlar əsas səbəblərdir. Təbii ki, bir çox müxtəlif proqramlar, özəl sektorun həvəsləndirilməsi, xarici sərmayələrin cəlb olunması amillərini də buraya əlavə etmək olar. Keçmiş Sovet İttifaqı respublikaları arasında adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə Azərbaycan hər zaman birinci yerdə olubdur. Bizim liberal qanunlarımız, olduqca əlverişli sərmayə mühitimiz və çox proqnozlaşdırılan gələcəyimiz var. Beləliklə, xarici və yerli şirkətlər sərmayə qoymağa başlamışdır. Misal üçün, ötən il ərzində sərmayələrin təxminən 40 faizi yerli şirkətlər tərəfindən yatırılmışdır. Onlar özəl sektoru və eyni zamanda, əlbəttə ki, enerji sektorunu stimullaşdırır. Neft və qaz hasilatının artması da ÜDM-in artmasına kömək edir.
-Beləliklə, neft yataqları, böyük həcmdə təbii sərvətlər iqtisadiyyatınıza gözəçarpan nağd vəsait gətirə bilər. İdarəçilik baxımından, sosialist cəmiyyətindən bazar iqtisadiyyatına keçdiyiniz zaman hər hansı çətinliyiniz olubmu?
-İlk illərdə, təbii ki, olubdur. Buna səbəb bir sistemdən digər sistemə genişmiqyaslı keçiddir. Sovet İttifaqı dağıldıqdan sonra tamamilə ağır vəziyyətə düşmüş Azərbaycanda həmin dəyişiklik başlayan zaman ölkədə tam qarışıqlıq hökm sürürdü. Biz ən yüksək sərvətimiz olan müstəqilliyi əldə etmişdik. Lakin iqtisadi vəziyyət ağır idi, həmin vaxt iqtisadiyyatımız tamamilə sıradan çıxmışdı. Yalnız 1993-cü ildən etibarən, ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra həmin çətinlikləri aradan qaldırmağa başladıq. Çox sürətli iqtisadi və siyasi islahatlar aparıldı və keçid mərhələsi sürətlə getməyə başladı. İlk illərdə çətinlik mövcud idi, lakin 1996-1997-ci illərdən başlayaraq, iqtisadi və siyasi vəziyyət sabitləşəndən sonra, ölkə dinamik şəkildə inkişaf etməyə başladı. Bu gün, müstəqilliyimizin 15 ili arxada qaldıqdan sonra ölkədə ÜDM-in 80 faizini özəl sektor verir. Halbuki, 1991-ci ildə hər şey yüz faiz dövlətin mülkiyyətində idi.
Deyə bilərəm ki, bu 15 il ərzində biz böyük uğura nail olduq və keçid dövrü artıq başa çatıbdır. Biz tam şəkildə bazar iqtisadiyyatına əsaslanırıq. Olduqca güclü sosial siyasət həyata keçirməyə çalışırıq ki, xalqımız həmin keçiddən əziyyət çəkməsin. Adətən, keçid dövrü zamanı insanlar özlərini çox narahat hiss edir, bir çox sosial çətinliklərlə üzləşirlər.
Beləliklə, güclü sosial siyasət, əmək haqlarının və pensiyaların artırılması, sürətli bazar islahatları ilə müşayiət olunan sosial infrastrukturun yaradılması və nəhayət, siyasi sabitlik uğurlu inkişafın səbəbləridir. Bu gün biz regionda möhkəm yerimizi tutmuşuq. Hazırda regional inkişafa böyük təsir göstərən nəhəng transmilli enerji və nəqliyyat layihələrini həyata keçiririk.
-Siz əminsiniz ki, siyasi sabitlik iqtisadi islahatlar və inkişaf üçün ilkin şərtdir?
-Bəli, tamamilə belədir. Misal üçün, siz görə bilərsiniz ki, sabitlik olmayan bir sıra ölkələrdə iqtisadiyyat işləmir. Həmin ölkələr tam böhran və ümumiyyətlə, toqquşma və daxili mübarizə içərisindədir. Biz 1990-cı illərin əvvəllərində həmin təhlükəli təcrübəni yaşamışıq. Azərbaycan xalqı bütün bu çətinlikləri xatırlayır. Ona görə də hökumətin və xalqın iradəsi güclü dövlət qurmaqdan ibarətdir. Biz buna şüarlar və bəzi populist bəyanatlarla yox, diqqətimizi həyatımızın real aspektlərinə - xalqın gündəlik görəcəyi və duyacağı real işlərə yönəltməklə nail ola bilərik.
-Bir çox ölkələr sosializm sistemindən bazar iqtisadiyyatına keçməyə çalışır, lakin bu sahədə ən çətini insanların düşüncə tərzini dəyişməkdr. Bu, vaxt və mübarizə tələb edir. Bu baxımdan, Sizin xüsusi siyasətiniz varmı?
-Siz haqlısınız. Bu, həmçinin psixoloji dəyişiklikdir, çünki 70 ildən çox biz sosializm sistemində yaşamışıq. O, tamamilə fərqli bir sistem idi. Bir çox nəsillər həmin sistemdə formalaşmışdır. Gənc nəsil üçün bu keçid asan, yaşlı nəsil üçün isə, daha çətin olmuşdur. Ona görə də biz bunu nəzərə almalıyıq və xalqın bütün təbəqələri üçün daha yaxşı şərait yaratmağa çalışmalıyıq. Bundan əlavə, Azərbaycanda biznesin güclü inkişafı psixoloji dəyişikliyə də müsbət təsir göstərir. Çünki insanlar azaddır, onlar istədiyi yerlərə səfər edə bilir, biznesini qurur, şirkətlər yaradır və pul qazanırlar. Bir sözlə, bütün bunlar keçmişdə mövcud olanlardan fərqli, müsbət inkişafdır. Biz özəl biznesə təkan veririk. Builki büdcəmizdə təkcə özəl sektora veriləcək kiçik kreditlər üçün 100 milyon dollar həcmində vəsaitin ayrılması nəzərdə tutulubdur. Həmin kreditlərin 83 faizi regionlara sərf olunacaq ki, onların inkişafına təkan verilsin. Bundan başqa, biz daxildə sərmayə yatırılması məqsədi ilə ilkin kapitalı 100 milyon dollar olan Dövlət İnvestisiya Şirkəti yaratmışıq. Beləliklə, biz insanlara öz biznesini başlamağa kömək edirik, çünki kapital olmadan, bunu etmək çətindir. Hökumət necə yardım edə bilər? Əlverişli sərmayə mühiti yaratmaq, dövlət orqanlarının biznesə müdaxiləsinin qarşısını almaq və pul vəsaitləri ilə təmin etmək yolu ilə.
-Bəzi bürokratik əngəllər və qaydalar mövcuddur. Siz bunları aradan qaldırmağı planlaşdırırsınızmı?
-Əlbəttə, biz biznes mühitini liberallaşdırırıq. Bir çox dəyişikliklər edilməkdədir.
-Mənə belə gəlir ki, indi iqtisadiyyatınızda əsas məsələ pulu necə qazanmaq yox, ondan hansı şəkildə idarə etməkdən ibarətdir. Pulun xərclənməsi və inflyasiyanın artmasına yol verilməməsi xalq üçün olduqca vacibdir.
-İndiki mərhələdə, bu, həqiqətə uyğundur. Lakin həmişə belə deyildi. 2004-cü ilə qədər biz həmişə pulu necə qazanmaq haqqında düşünürdük. Əgər bizim büdcə göstəricilərimizə nəzər yetirsəniz görərsiniz ki, 2003-cü ildə Azərbaycanın büdcəsi cəmi 1,5 milyard ABŞ dollarına bərabər idi. Bu il isə həmin rəqəm 6,5 milyard dollara çatıbdır. Üç il ərzində biz büdcəmizi bir neçə dəfə artırmışıq. May ayında büdcəyə yenə dəyişikliklər edəcək və onun həcmini artıracağıq. Bu, yalnız büdcə xərclərinə aiddir. Lakin, eyni zamanda, Neft Fondundan da xərclər ayrılır. Beləliklə, ümumilikdə, Azərbaycanın icmal büdcəsi 8 milyard dollar təşkil edir. Əsas problem ondan ibarətdir ki, gəlirlərin xərclənməsi inflyasiyanın yaranmasına səbəb olur. Əmək haqlarının, pensiyaların artırılması, infrastruktur layihələri və növbəti, üçüncü ildə hələlik 40 faizlik iqtisadi artım iqtisadiyyat üçün çox böyük yükdür. Birincisi, biz xalqın tələbatını ödəməyə, layihələrimizi həyata keçirməyə və eyni zamanda, inflyasiyanı təkrəqəmli həddə saxlamağa çalışırıq. Ümid edirəm ki, bunun öhdəsindən gələ biləcəyik. Biz Neft Fondunun timsalında neftdən gələn vəsaitlərin xərclənməsi üçün olduqca şəffaf mexanizmə malikik. Fond tam şəffaf strukturdur. O, beynəlxalq səviyyədə auditdən keçir. Beynəlxalq Valyuta Fondunun son bəyanatlarına əsasən, gələn 20-25 il ərzində Azərbaycan enerji layihələrindən 200 milyard dollardan çox vəsait əldə edəcəkdir. Bu, olduqca böyük vəsaitdir. Biz ondan lazımi qaydada istifadə etmək üçün çox müdrik olmalıyıq.
-Siz olduqca açıq iqtisadiyyat yaratmağa hazırlaşırsınız. Bu, maliyyə sektoruna da aiddirmi? Xarici bankları dəvət edirsinizmi?
-Bəli, biz ölkəmizdə əsas xarici bankları görməkdən çox şad olardıq. Hazırda burada belə banklar yoxdur. Bizim ölkədə qonşu dövlətlərdən olan və böyük hesab edilməyən bir neçə bank var. Lakin enerji sektorunda dünya liderləri artıq burada olduğu kimi, biz istəyirik ki, bank sahəsinin də dünya liderlərini ölkəmizdə görək. Dünyanın bir çox əsas şirkətləri Azərbaycanda işləyir və onlar uzun illərdir ki, bizim tərəfdaşlarımızdır. Biz eyni vəziyyəti maliyyə sektorunda da görmək istəyirik. Hazırda biz sürətlə artan iqtisadiyyatımızdan, coğrafi mövqeyimizdən və artıq mövcud infrastrukturumuzdan istifadə etmək məqsədi ilə Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması proqramını həyata keçirməyə başlayırıq. İndi biz böyük nəqliyyat dəhlizi - İpək Yolunun bərpası və Azərbaycanı Avropa ilə, Azərbaycan vasitəsilə Avropanı Mərkəzi Asiya və daha sonra, Şərqi Asiya ölkələri ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzərində işləyirik. Çox güman ki, Cənubi Koreya da bundan bəhrələnə bilər. Çünki bu, İpək Yolunu bərpa edəcək yeni marşrut ola, Asiyadan mallar Avropaya daşına bilər. Bu yolun tikintisi başa çatdıqdan dərhal sonra bu marşrutla mallarını göndərmək istəyən tərəflər artıq bizim qarşımızda ciddi öhdəliklər götürüblər. Bu yol 2009-cu ildə hazır olacaqdır. Beləliklə, enerji siyasəti, regional inkişaf və yerləşdiyimiz məkan bizə bir çox üstünlüklər verir. Lakin həmin üstünlüklər bizim yaratdığımız üstünlüklərdir. Əgər işləməsək, bu, heç vaxt baş verməyəcəkdir. Əgər çalışmasaq, heç vaxt dənizin dibindən neft və qaz hasil etməyəcəyik və yaxud əgər dəmir yolunun tikintisi üçün zəhmət çəkilməsə, heç kim mallarını buradan göndərməyəcəkdir. Biz bunu yaratmalıyıq! Hazırda da bunu edirik.
-Cənab Prezident, düzünü desəm, mən çox təəccübləndim ki, Siz Prezident olmağınızla yanaşı, bir çox mürəkkəb iqtisadi göstəriciləri, statistik məlumatları və rəqəmləri yadınızda saxlayırsınız. Siz həmin statistik göstəricilərin hamısını necə yadda saxlaya bilirsiniz? Axı Siz Prezidentsiniz, siyasətçisiniz, lakin iqtisadçı deyilsiniz.
-Mən öz ölkəmdə siyasətçi və iqtisadçıyam. Mən məsuliyyət daşıyıram. Xalq tərəfindən seçilmişəm və yaxşı işləməliyəm. Mən iqtisadi, siyasi və sosial inkişaf üçün işləyirəm. Azərbaycanın siyasi, iqtisadi və sosial həyatı barədə sizə istənilən rəqəmi gətirə bilərəm. Bu, mənim işimdir.
-Azərbaycan özünün vacib siyasi, iqtisadi, hərbi və diplomatik roluna görə böyük əhəmiyyətə malik olan ölkədir. Siz fövqəlgüclərin, o cümlədən ABŞ, Rusiya və Çinin əhatəsində olan bir məkanda yerləşirsiniz. Xüsusən də Rusiya ilə ABŞ-ın təsirinin ortasındasınız. Siz bu məsələləri siyasi və diplomatik baxımdan necə tənzimləyirsiniz?
-Biz öz siyasətimizi olduqca açıq və səmimi şəkildə həyata keçiririk. Bu, çox vacib məsələdir, çünki bizim tərəfdaşlarımız - Rusiya, ABŞ və ya Avropa İttifaqı, yaxud hər hansı digər tərəf bilir ki, onlar bizə etimad göstərə bilər. Biz siyasətimizi yalnız Azərbaycanın milli maraqlarına əsaslanaraq aparırıq. Regional inkişaf, müxtəlif ölkələr və təşkilatlar ilə əlaqələrimiz gənc müstəqil ölkə kimi bizim üçün vacibdir. Lakin Azərbaycanın milli maraqları hər şeydən üstündür. Azərbaycan əməkdaşlıq məkanıdır və bu əməkdaşlıq tərəqqiyə və xalqın daha yaxşı həyat tərzinə apardığı təqdirdə bizim üçün sərfəlidir. Bəzən mən eşidirəm ki, bizim region maraqların kəsişdiyi region adlandırılır. Dünyanın bir çox regionları maraq kəsb edir. Xüsusən də enerji gündəliyi dünya məsələlərində əsas yer tutduğu təqdirdə, zəngin təbii sərvətlərə malik regionlar maraq obyektinə çevrilir. Bir sözlə, biz olduqca açıq siyasət həyata keçiririk və ABŞ, Rusiya, Avropa İttifaqı, İslam Konfransı Təşkilatı ilə, digər qonşu ölkələrlə çox yaxşı münasibətlərimiz var. Bir sözlə, bu, mümkündür.
-İcazə verin, bir daha ikitərəfli münasibətlərimiz məsələsinə qayıdaq. Cənubi Koreyanın iqtisadi məsələləri üzrə jurnalist kimi hesab edirəm ki, ölkəmizin iqtisadiyyatında əldə olunanları uğur kimi qiymətləndirə bilərik. Hazırda isə, ölkəmizin üzləşdiyi problemləri həll etməyə çalışırıq. Əldə etdiyimiz təcrübəni Sizin ölkənizlə bölüşə bilərik. Biz bir çox məsələlərdə uğurlar əldə etmişik, lakin eyni zamanda uğursuzluqlarımız da olubdur. Siz Koreya şirkətləri və hökuməti ilə iqtisadi əməkdaşlıq çərçivəsində nə etməyi planlaşdırırsınız?
-Hesab edirəm ki, biz bir çox məsələlərdə ölkənizin təcrübəsindən istifadə edə bilərik. Sizin ölkəniz heç bir təbii sərvətə malik olmadan yoxsulluqdan sürətli iqtisadi inkişafa nail olmuşdur. Bu, olduqca müsbət təcrübədir. Siz sübuta yetirdiniz ki, uğurla yaşaya və ölkənizi inkişaf etdirə bilərsiniz. Azərbaycanda işləməyə böyük marağını artıq ifadə etmiş olduqca güclü şirkətləriniz var. Söhbət yalnız sərmayədarlar və podratçılardan getmir, çünki gələn illər ərzində bizim bir çox infrastruktur layihələrimiz olacaqdır. Çox müasir infrastruktur və xidmətlərə malik müasir ölkə qurmaq məqsədi ilə çoxlu planlarımız var. Sizin şirkətləriniz çox peşəkardır. Biz bir yerdə çox uğurla işləyə bilərik. Ola bilsin, bir gün sizin ehtiyac duyacağınız enerji resurslarına malikik. Sizdə isə bizə lazım olan texnologiyalar, müasir yanaşma və peşəkarlıq vardır. Beləliklə, biz bu maraqları uzlaşdıra bilərik. Hesab edirəm ki, bu cür uzlaşdırmanın anlaşılması artıq mövcuddur. Məhz bu, əlaqələrimizin olduqca sürətli inkişafının səbəbidir. Uzun illər ərzində, Azərbaycan müstəqilliyini əldə etdiyi vaxtdan etibarən, bizim çox geniş münasibətlərimiz olmayıbdır. Bir-birimizi yaxşı tanımırdıq, hər hansı nümayəndə heyətimizin səfəri və ya təmaslarımız yox idi. Amma hazırda isə Koreya Prezidenti Azərbaycana səfər etdi. Mən sizin ölkənizə səfər edəcəyəm. İşgüzar dairələr bir yerə toplaşacaqlar. Bizim artıq səfirliklərimiz və birgə işləməyə yaxşı marağımız var. Sizin iqtisadi məsələlərə yanaşmanızı və siyasi inkişafa aid mövqeyinizi olduqca yüksək qiymətləndiririk. Biz eyni baxışlara malikik. Hər hansı ölkənin daxili işlərinə müdaxilə etməmək ən münasib yoldur. Əgər bütün ölkələr bir-birinin işlərinə qarışmasalar, onda dünya daha təhlükəsiz olar və proqnozlaşdırıla bilər.
-Bildiyimə görə, Cənubi Koreyanın bir çox şirkətləri ölkənizin iqtisadiyyatında və inkişaf proqramlarında fəal iştirak edir. Nəinki tikinti şirkətləri, elektron cihazlarının istehsalçıları, bir çox banklar, neft şirkətləri və digər şirkətlər Sizin ölkənizə dərhal gəlməyə hazırdır. Onların həqiqi mənada ölkənizə gəlməsini və sizinlə əməkdaşlıq etməsini istəyirsinizmi?
-Bəli, əlbəttə. Biz onların üzünə açığıq. İqtisadi əməkdaşlıq sahəsində açıq qapılar siyasəti aparırıq və ciddi məramı, nüfuzu, yüksək iş göstəriciləri və bizimlə işləmək bacarığına malik olan bütün şirkətləri alqışlayırıq. Ölkəmizdə çoxlu belə şirkətlər var. Onların Azərbaycanda işləməkdə maraqlı olması da faktdır. Bu, bizim üçün vacibdir. Bu, uğurlarımızın mühüm əlamətidir, çünki əgər onlar buranın biznes üçün münasib yer olduğuna əmin olmasalar, gəlməzlər. Siz özəl sektoru məcbur edə bilməzsiniz. Onlar hiss edirlər və bunları bilirlər. Həmin şirkətlərin özləri biznes üçün hansı ölkəni seçmək məqsədi ilə qiymətləndirmə və monitorinq aparırlar. Biz Cənubi Koreyanın biznes dairələri ilə daha geniş gündəlik əsasında işləməkdən son dərəcə şad olardıq.
-Cənab Prezident, müsahibə üçün vaxt ayırdığınıza görə çox minnətdaram.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub VİDEO

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir VİDEO

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb