AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN LATVİYAYA DÖVLƏT SƏFƏRİ
LATVİYANIN APARICI KİV-LƏRİNİN BAŞ REDAKTORLARI İLƏ GÖRÜŞ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də onun üçün ayrılmış iqamətgahda - “Radisson SAS” mehmanxanasında Latviyanın aparıcı kütləvi informasiya vasitələrinin baş redaktorları ilə birlikdə dəyirmi masa arxasında səhər yeməyində iştirak etmişdir.
Prezident İlham Əliyev Azərbaycanda bütün sahələrdə əldə olunan nailiyyətlər, ölkəmizin iqtisadi, siyasi vəziyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər barədə danışdı, KİV nümayəndələrinin suallarına ətraflı cavab verdi.