RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN SƏDRLİYİ İLƏ BAKI ŞƏHƏRİ İCRA HAKİMİYYƏTİNDƏ ŞƏHƏRƏTRAFI KƏND VƏ QƏSƏBƏLƏRİN SOSİAL-İQTİSADİ İNKİŞAFINA DAİR MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Noyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı Şəhəri İcra Hakimiyyətində şəhərətrafı kənd və qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirə keçirilmişdir. Müşavirədə şəhərətrafı qəsəbələrin ağsaqqalları və ziyalılarının, dövlət strukturlarının, yerli bələdiyyələrin nümayəndələri iştirak edirdilər.
Azərbaycan Prezidenti İlham Əliyev müşavirəni giriş nitqi ilə açdı.