RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ GÜRCÜSTAN PREZİDENTİ MİXEİL SAAKAŞVİLİNİN NÜMAYƏNDƏ HEYƏTLƏRİNİN İŞTİRAKI İLƏ GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ
Bakı, 19 iyul (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Onun dəvətini qəbul edib Gürcüstana işgüzar səfərə gəldiyinə görə dövlətimizin başçısına minnətdarlıq edən Mixeil Saakaşvili bildirdi ki, ölkələrimiz arasında qarşıya qoyulan məqsədlərə nail olunub və bu səfər bütün sahələrdə əlaqələrin inkişafına imkan verəcəkdir.
Prezident İlham Əliyev onu Gürcüstana dəvət etdiyinə görə Mixeil Saakaşviliyə təşəkkür etdi.
Dövlətimizin başçısı dedi ki, bu səfər bir çox məsələlərə dair fikir mübadiləsi aparmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Prezidenti vurğuladı ki, səfər çərçivəsində aparılan danışıqlar gələcək əməkdaşlığın inkişafına təkan verəcək, ikitərəfli münasibətlərin və hökumətlərarası komissiyanın fəaliyyətinə töhfə olacaqdır.
######