AZƏRBAYCAN QADINLARININ BİR QRUPUNA FƏXRİ ADLARIN VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasında elm, təhsil və səhiyyənin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Əməkdar Elm Xadimi”
Quluzadə Zümrüd Əliqulu qızı
“Əməkdar Müəllim”
Əsədova Qətibə Yəhya qızı
Məcidova Aygün Əbülfət qızı
Orucova Gülşən Yasin qızı
“Əməkdar Həkim”
Ələsgərova Səidə Həbib qızı
İskəndərova Cəmilə Sahib qızı
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2010-cu il.