Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin STRUKTURU

                                                                                                          Əlavə II

                                                                            Azərbaycan Respublikası Prezidentinin

                                                                             2012-ci il 4 iyun tarixli Fərmanı ilə

                                                                                təsdiq edilmişdir

1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aparatı.

2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlar:

2.1. ərazi gömrük idarələri:

2.1.1. Bakı Baş Gömrük İdarəsi;

2.1.2. Sumqayıt Baş Gömrük İdarəsi;

2.1.3. digər ərazi gömrük idarələri;

2.2. ixtisaslaşdırılmış gömrük idarələri:

2.2.1. Hava Nəqliyyatında Baş Gömrük İdarəsi;

2.2.2. Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsi;

2.2.3. Enerji Gömrük İdarəsi;

2.2.4. Aksiz Gömrük İdarəsi;

2.2.5. Avtonəqliyyat Gömrük İdarəsi;

2.3. gömrük postları;

2.4. digər qurumlar:

2.4.1. Tibbi Xidmət İdarəsi;

2.4.2. Avtomobil Nəqliyyatı İdarəsi;

2.4.3. Mərkəzi Gömrük Ekspertizası İdarəsi;

2.4.4. Gömrük Mühafizə Xidməti;

2.4.5. Gömrük Akademiyası;

2.4.6. “Azərterminalkompleks” Birliyi;

2.4.7. İdman-Sağlamlıq Mərkəzi;

2.4.8. Kinoloji Mərkəz;

2.4.9. gömrük laboratoriyaları.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin