İQTİSADİYYAT
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti neft çənində baş vermiş yanğınla bağlı məlumat açıqlamışdır
Bakı, 24 aprel (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) neft çənində baş vermiş yanğınla bağlı məlumat açıqlamışdır.
ARDNŞ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, aprelin 24-də saat 09:40 radələrində “Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” neft və qaz çıxarma idarəsinin neftyığma məntəqəsində, 14-cü çəndə qəfildən alışma baş vermişdir.
Hadisə yerinə çağırılmış Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları dərhal yanğının qarşısını almışlar.
Yanğın zamanı xəsarət alan olmamışdır. Hadisənin səbəbləri araşdırılır.
Məlumatda bildirilir ki, çəndə toplanmış neft aprelin 23-də təhvil verildiyi üçün hadisə nəticəsində neft itkisi olmamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]