Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Respublikası gömrük orqanlarınınbayrağı və emblemi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı haqqında Əsasnamə” təsdiq edilsin (Əlavə I).

“Azərbaycan Respublikası gömrük orqanlarının bayrağının təsviri” təsdiq edilsin (Əlavə II).

“Azərbaycan Respublikası gömrük orqanlarının emblemi haqqında Əsasnamə” təsdiq edilsin (Əlavə III).

“Azərbaycan Respublikası gömrük orqanlarının embleminin təsviri” təsdiq edilsin (Əlavə IV).

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 aprel 2012-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin