Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi F.N.Babayevin səlahiyyətlərinə xitam verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini, habelə “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsini rəhbər tutaraq qərara alıram:

Fikrət Nağı oğlu Babayevin öz ərizəsinə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi səlahiyyətlərinə xitam verilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 8 oktyabr 2012-ci il.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin