AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNİN HEYDƏR ƏLİYEV ADINA AKADEMİYASININ DÖYÜŞ BAYRAĞININ TƏSVİRİ
2006-cı il 24 mart tarixli Fərmanı ilə
təsdiq edilmişdir
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ TƏHLÜKƏSİZLİK
NAZİRLİYİNİN HEYDƏR ƏLİYEV ADINA AKADEMİYASININ
DÖYÜŞ BAYRAĞININ TƏSVİRİ
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Döyüş Bayrağı ikiüzlü qumaşdan, ağac dəstəkdən və qotazlı qaytandan ibarətdir.
Bayrağın qumaşı düzbucaqlıdır, eni 114 sm, uzunluğu 145 sm-dir. Kənarları üç tərəfdən qızılı rəngli ipək saçaqlarla köbələnmişdir. Bayraq Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərinə uyğun olaraq, üçrəngli ikiqat ipək faydan hazırlanmışdır.
Qumaşın üz tərəfində qırmızı zolağın ortasında ağ ipək sapdan 38 sm hündürlükdə aypara və 20 sm hündürlükdə səkkizguşəli ulduz tikilmişdir. Mavi zolaqda qızılı ipək sapla “AZƏRBAYCAN UĞRUNDA!” şüarı tikilib. Yazıdakı hərflərin hündürlüyü 6,5 sm, eni 5 sm-dir.
Qumaşın arxa tərəfində, qırmızı zolağın ortasında Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin emblemi (hündürlüyü 54 sm) tikilmişdir. Mavi zolaqda sətirarası məsafə 2 sm olmaqla 3 sətirdə qızılı rəngli ipək sapla “AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNİN HEYDƏR ƏLİYEV ADINA AKADEMİYASI” sözləri tikilib. Yazıdakı hərflərin hündürlüyü 6 sm, eni 5 sm-dir.
Yaşıl zolaqda qızılı rəngli ipək sapla Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının nömrəsi və adı tikilir. Yazıdakı rəqəmlərin hündürlüyü 7 sm, eni 4,5 sm, hərflərin hündürlüyü 5 sm, eni 4,5 sm-dir.
Bayrağın dəstəyi en kəsiyinin diametri 4 sm, uzunluğu 250 sm olan girdə ağacdandır.
Ağac dəstək tünd qəhvəyi rəngdə rənglənib, laklanıb, aşağı ucunda metal halqa, yuxarı ucunda isə nikellənmiş fiqurlu ucluq vardır.
Bayrağın qaytanı eşmədir, qızılı rəngli ipəkdən hazırlanıb, hər iki ucunda qotazlar var. Qaytanın uzunluğu 270-285 sm-dir.