RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİNİN HƏRBİ QULLUQÇULARININ VƏ MÜLKİ İŞÇİLƏRİNİN ƏMƏK HAQLARININ ARTIRILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşən qurumlarının hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2006-cı il iyulun 1-dən orta hesabla 100 faiz artırılsın.
2. Müəyyən edilsin ki, bu Sərəncamın 1-ci bəndinin icrası üçün tələb olunan əlavə maliyyə vəsaiti “Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 iyun 2006-cı il tarixli 414 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ayrılmış vəsait hesabına ödənilir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğini təsdiq etsin və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyun 2006-cı il.