Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi əməkdaşlarının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin 20 illiyi münasibətilə və müəllif hüquqlarının qorunmasında səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

İmanov Kamran Sultan oğlu

“Tərəqqi” medalı ilə

Kərimov Fuad Hüsü oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Bədəlbəyli Nadirə Rasim qızı

Həsənli Xudayət İskəndər oğlu

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 may 2013-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin