Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Respublikası mülki aviasiya işçilərinə fəxri adlar verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mülki aviasiyasının 75 illiyi ilə əlaqədar olaraq, aviasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

"Əməkdar Mühəndis" fəxri adı

Hüseynov Etibar Xudaverdi oğlu

Səmədov Vaqif Səməd oğlu

"Əməkdar Pilot" fəxri adı

Əşrəfov İlqar Gülbaba oğlu

Fərzəliyev Tofiq Rizvan oğlu

Fətəliyev Qennadiy İsmayıloviç

Kərimov Muxtar Fərman oğlu

Quliyev Səyyad Nurəddin oğlu.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 may 2013-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin