Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri aşağıdakı şəxslər təyin edilsinlər:

1.1. Azərbaycan Respublikası Baş nazirinin birinci müavini - Yaqub Abdulla oğlu Eyyubov;

1.2. Azərbaycan Respublikası Baş nazirinin müavini - Əli Cavad oğlu Əhmədov;

1.3. Azərbaycan Respublikası Baş nazirinin müavini - Şahin Abdulla oğlu Mustafayev;

1.4. Azərbaycan Respublikasının daxili işlər naziri - Vilayət Süleyman oğlu Eyvazov;

1.5. Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri - Muxtar Bahadur oğlu Babayev;

1.6. Azərbaycan Respublikasının elm və təhsil naziri - Emin Eldar oğlu Əmrullayev;

1.7. Azərbaycan Respublikasının energetika naziri - Pərviz Oqtay oğlu Şahbazov;

1.8. Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri - Sahil Rafiq oğlu Babayev;

1.9. Azərbaycan Respublikasının fövqəladə hallar naziri - Kəmaləddin Fəttah oğlu Heydərov;

1.10. Azərbaycan Respublikasının gənclər və idman naziri - Fərid Fazil oğlu Qayıbov;

1.11. Azərbaycan Respublikasının xarici işlər naziri - Ceyhun Əziz oğlu Bayramov;

1.12. Azərbaycan Respublikasının iqtisadiyyat naziri - Mikayıl Çingiz oğlu Cabbarov;

1.13. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri - Məcnun Qadir oğlu Məmmədov;

1.14. Azərbaycan Respublikasının maliyyə naziri - Samir Rauf oğlu Şərifov;

1.15. Azərbaycan Respublikasının mədəniyyət naziri - Adil Qabil oğlu Kərimli;

1.16. Azərbaycan Respublikasının müdafiə naziri - Zakir Əsgər oğlu Həsənov;

1.17. Azərbaycan Respublikasının müdafiə sənayesi naziri - Vüqar Valeh oğlu Mustafayev;

1.18. Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri - Rəşad Nəbi oğlu Nəbiyev;

1.19. Azərbaycan Respublikasının səhiyyə naziri - Teymur Yusif oğlu Musayev;

1.20. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri - Bahar Əvəz qızı Muradova;

1.21. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri - Fuad Rauf oğlu Muradov;

1.22. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri - Şahin Soltan oğlu Bağırov;

1.23. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi - Elçin İsağa oğlu Quliyev;

1.24. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri - Tahir Yaqub oğlu Budaqov;

1.25. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri - Anar Adil oğlu Quliyev;

1.26. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri - Rövşən Şükür oğlu Rzayev;

1.27. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi - Vüsal Əfqan oğlu Hüseynov;

1.28. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi - Əli Nağı oğlu Nağıyev;

1.29. Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi - Orxan Sedyar oğlu Sultanov;

1.30. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi - Mürsəl Qorxmaz oğlu İbrahimov;

1.31. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri - Zaur Rauf oğlu Mikayılov;

1.32. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri - Fuad Hümbət oğlu Nağıyev;

1.33. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri - Qoşqar İlahi oğlu Təhməzli;

1.34. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi - Əsgər Adil oğlu Rəsulov.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 fevral 2024-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin