Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏ EDİLMƏSİ BARƏDƏAZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiyanın yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 180 nömrəli Fərmanının 2.3-cü bəndinə uyğun olaraq qərara alıram:

1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №1, maddə 28; 2002-ci il, №8, maddə 495) 3-cü bəndinə aşağıdakı dəyişiklik və əlavə edilsin:

1.1. ikinci abzas aşağıdakı redaksiyada verilsin:

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

1.2. bəndə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

“həmin Qanunun 29.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiya həyata keçirir.”.

2. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 568 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №9, maddə 583; 2003-cü il, №8, maddə 441) ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna qəbul edilən şəxsin dövlət qulluğunda işləməsinin mümkün olub-olmamasının qabaqcadan yoxlanılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1-ci bənddə “müvafiq dövlət qulluğunu idarəetmə orqanı” sözləri “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiya (bundan sonra - Komissiya)” sözləri ilə əvəz edilsin;

2.2. 2-ci bənddə “müvafiq dövlət qulluğunu idarəetmə orqanı” sözləri “Komissiya” sözü ilə, 3-cü bənddə “Dövlət qulluğunu idarəetmə orqanlarının” sözləri “Komissiyanın” sözü ilə, 4-cü bəndin birinci cümləsində “dövlət qulluğunu idarəetmə orqanına” sözləri “Komissiyaya” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 571 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 9, maddə 586; 2003-cü il, №8, maddə 441) ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçuları barəsində tətbiq olunmuş intizam tənbehi tədbirlərindən şikayət verilməsi qaydası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3-cü bənddə “yuxarı dövlət qulluğunu idarəetmə orqanına” sözləri “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiyaya (bundan sonra - Komissiya)” sözləri ilə əvəz edilsin;

3.2. 4-cü, 7-ci bəndlərdə, 9-cu bəndin birinci cümləsində və 10-cu bənddə “yuxarı dövlət qulluğunu idarəetmə orqanının” sözləri “Komissiyanın” sözü ilə, 5-ci bənddə “Yuxarı dövlət qulluğunu idarəetmə orqanının” sözləri “Komissiyanın” sözü ilə, 6-cı bənddə “Yuxarı dövlət qulluğunu idarəetmə orqanı” və 9-cu bəndin ikinci cümləsində “yuxarı dövlət qulluğunu idarəetmə orqanı” sözləri “Komissiya” sözü ilə və 12-ci bənddə “dövlət qulluğunu idarəetmə orqanlarına” sözləri “Komissiyaya” sözu ilə əvəz edilsin.

4. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişikliklər edilməsi və 2001-ci il 3 sentyabr tarixli, 570 nömrəli Fərmanının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 912 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №8, maddə 441) 3-cü bəndi çıxarılsın.

5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2005-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin