AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARINADƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
2. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, III kitab, maddə 610; 2001-ci il, №10, maddə 646; 2002-ci il, №5, maddələr 273, 279, №7, maddə 413, №8, maddə 478, №9, maddə 563; 2003-cü il, №8, maddə 434; 2004-cü il, №1, maddə 19, №5, maddə 345; 2005-ci il, №1, maddə 18; №4, maddə 299, №9, maddə 799) 3-cü bəndinin ikinci abzasında «139-144,» rəqəmlərindən sonra «144-1, 144-2,» rəqəmləri, «316,» rəqəmindən sonra «316-1,» rəqəmi əlavə edilsin.
3. «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli, 389 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, III kitab, maddə 612; 2001-ci il, № 7, maddə 462, №10, maddə 640, № 12, maddə 755; 2002-ci il, № 1, maddə 49, № 5, maddələr 260, 275, № 8, maddələr 478, 484, 486; 2003-cü il, № 6, maddə 299, № 8, maddə 434, № 9, maddə 478, № 10, maddələr 546, 547, 560, 571, 582; 2004-cü il, № 1, maddələr 19, 26, № 2, maddə 68, № 3, maddələr 138, 141, № 4, maddə 235, № 5, maddələr 340, 341, 343, 345, 346, № 8, maddələr 607, 608; №11, maddə 909; №12, maddə 1005; 2005-ci il, №2, maddələr 67; 69, №4, maddələr 299, 303, №8, maddə 702, №9, maddələr 801, 802) aşağıdakı dəyişiklik və əlavələr edilsin:
3.1. 2.12-ci bənd çıxarılsın;
3.2. 3.31-ci bənddə «254-257-ci» sözləri «254-cü, 255-ci və 257-ci» sözləri ilə əvəz edilsin;
3.3. 3.37-ci bənddə «həmin Məcəllənin» sözlərindən sonra «150-1-ci və» sözləri əlavə edilsin;
3.4. Fərmana aşağıdakı məzmunda 3.43-cü bənd əlavə edilsin:
«3.43. həmin Məcəllənin 187-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Milli Televiziya və Radio Şurası baxır.».
4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 dekabr 2005-ci il.