AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARINDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
1.1. "Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 iyul tarixli 545 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, N 7, maddə 482) 1-ci bəndində "Fərhad Əliyev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri" sözləri "Heydər Babayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri" sözləri ilə əvəz edilsin.
1.2. "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibində dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 15 yanvar tarixli 639 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, N 1, maddə 22) 1-ci bəndində "Fərhad Əliyev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri" sözləri "Heydər Babayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri" sözləri ilə əvəz edilsin.
1.3. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 2 may tarixli 867 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, N 5, maddə 230) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlar Şurasının tərkibi"ndə "Fərhad Əliyev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri" sözləri "Heydər Babayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri" sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.
3. Bu fərman imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 oktyabr 2005-ci il