AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARINDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
1. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, (III kitab), maddə 612; 2001-ci il, №7, maddə 462, №10, maddə 640, №12, maddə 755; 2002-ci il, №1, maddə 49, №5, maddələr 260, 275, №8, maddələr 478, 484, 486; 2003-cü il, №6, maddə 299, №8, maddə 434, №9, maddə 478, №10, maddələr 546, 547, 560, 571, 582; 2004-cü il, №1, maddələr 19, 26, №2, maddə 68, №3, maddələr 138, 141, №4, maddə 235, №5, maddələr 340, 341, 343, 345, 346, №8, maddələr 607, 608, №11, maddə 909, №12, maddə 1005; 2005-ci il, №2, maddələr 67, 69, №4, maddələr 299, 303, №8, maddə 702, №9, maddələr 801, 802, №12, maddə 1101; 2006-cı il, №2, maddə 83, №4, maddələr 321, 322, №5, maddə 407, №7, maddə 590; Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 436 və 437 nömrəli, 17 avqust tarixli 449 və 450 nömrəli, 25 avqust tarixli 454 nömrəli və 27 sentyabr tarixli 466 nömrəli fərmanları) 3.20-ci bəndindən “144-1-ci,” sözləri çıxarılsın, “Nəqliyyat Nazirliyi” sözləri “Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyası” sözləri ilə əvəz edilsin.
2. “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 594 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №11, maddə 702; 2003-cü il, №6, maddə 286) 1-ci bəndindən “20-ci,” və “27.2-ci,” sözləri çıxarılsın, “Nəqliyyat Nazirliyi” sözləri “Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyası” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №9, maddə 555; 2003-cü il, №3, maddə 153, №10, maddə 570; 2005-ci il, №2, maddə 69, №4, maddələr 301, 307, №8, maddə 721, №10, maddə 919, №12, maddələr 1104, 1117) ilə təsdiq edilmiş 2 nömrəli əlavənin – “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin Siyahısı”nın 13-cü bəndində “Nəqliyyat Nazirliyi” sözləri “Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyası” sözləri ilə əvəz edilsin.
4. “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli 880 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №6, maddə 286) 5-ci və 6-cı bəndləri çıxarılsın.
5. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli 880 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №6, maddə 286) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı dəyişikliklər edilsin:
5.1. 9.21-ci bəndindən “müəyyən edilmiş qaydada BMT-nin Beynəlxalq Dəniz Təşkilatı və digər dəniz təşkilatları ilə əməkdaşlıq edir,” sözləri çıxarılsın;
5.2. 9.30-cu, 10.5-ci və 10.8-ci bəndləri çıxarılsın;
5.3. 9.34-cü və 10.4-cü bəndlərindən “və dəniz” sözləri, 10.11-ci bəndindən “dəniz gəmilərinin,” sözləri çıxarılsın.
6. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 noyabr 2006-cı il