AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARINDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNFƏRMANI
1. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 oktyabr tarixli 7 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №10, maddə 615; 2001-ci il, №6, maddə 408; 2002-ci il, №5, maddə 270; 2003-cü il, №10, maddə 567) ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə»nin 5.16-cı bəndində «hüquqpozmalara» sözü «xətalara» sözü ilə, 5.19-cu bəndində «hüquqpozmalar» sözü «xətalar» sözü ilə əvəz edilsin.
2. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №11, maddə 666; 2003-cü il, №10, maddələr 546, 571) 2-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:
2.1. üçüncü abzasdan «və 82-ci maddəsinin 2-ci hissəsində» sözləri çıxarılsın;
2.2. dördüncü abzasdan «79-cu maddəsinin 3-cü bəndində, 82-ci maddəsinin 4-cü bəndində,» sözləri və «12-ci bəndinin qeydində «protokol» sözündən sonra» sözləri çıxarılsın.
2.3. on beşinci abzas çıxarılsın.
3. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 26 iyul tarixli 161 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №7, maddə 423; 2003-cü il, №10, maddə 585) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»nin 11.15-ci bəndində «hüquqpozmalar» sözü «xətalar» sözü ilə əvəz edilsin.
4. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, «3» avqust 2004-cü il.