Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
“Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafındakı xidmətlərinə görə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin aşağıdakı işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin:
Cəfərov Məmməd İzyatoviç
Əliyev Vəkil Təvəkkül oğlu
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 oktyabr 2010-cu il.