Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında qanunçuluğun təmin edilməsində, ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında və bu cinayətlərin açılmasında, məhkəmədə dövlət ittihamının müdafiə olunmasında xidmətlərinə görə Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşları təltif edilsinlər:

 

“İgidliyə görə” medalı ilə:

Hidayətov Araz Qalib oğlu - Füzuli hərbi prokurorluğunun böyük müstəntiqi

Hüseynov Rəsul Həsən oğlu - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi

Ləmbəranski İbrahim Elmar oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi

Nəsibov Vüqar Məsim oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə:

Abbasov Pənah Əzizağa oğlu - Bakı şəhər prokurorluğunun idarə rəisi

Adıgözəlov Əli Adıgözəl oğlu - Naxçıvan Muxtar Respublikasının Culfa rayon prokuroru

Dəmirli Orxan Novruz oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi

Ələkbərov Nəriman Oruc oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin böyük prokuroru

Ələkbərov Taryel Əkbər oğlu - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi

Ələsgərov Aydın Abdulla oğlu - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun şöbə rəisi

Əliyev Nail Rəsul oğlu - Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin böyük müstəntiqi

Əliyev Rəhim Bəhrəm oğlu - Bərdə rayon prokuroru

Əfəndiyev Rövşən Pünhan oğlu - Sumqayıt hərbi prokuroru

İmranov Hafiz Beykəs oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin böyük prokuroru

Kazımov Ceyhun Sultan oğlu - Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru

Qarayev Azad Sadıq oğlu - Mingəçevir şəhər prokuroru

Qəhrəmanov Mahir Məmmədyar oğlu - Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin böyük prokuroru

Quliyev Vüqar Fərhad oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru

Maqsudov Rövşən Abid oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun idarə rəisinin müavini

Məmmədov Fuad Kamil oğlu - Bakı hərbi prokurorunun müavini

Mirzəliyev Mövlud Nuru oğlu - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi

Nəsirov Fazil Hüseyn oğlu - Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun şöbə rəisi

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2012-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin