Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASI PROKURORLUĞUNUN ƏMƏKDAŞLARINAALİ XÜSUSİ RÜTBƏLƏRİN VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNSƏRƏNCAMI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Sabir oğlu Usubova II dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi verilsin.

2. Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi verilsin:

Əliyev Kamran Bayram oğlu - Azərbaycan Respublikası

Baş Prokurorluğunun Dövlət ittihamının

müdafiəsi üzrə idarəsinin rəisi

Əsgərov Namiq Əli oğlu - Azərbaycan Respublikasının Baş

Prokuroru yanında Korrupsiyaya

qarşı Mübarizə İdarəsinin rəisi

Hacıyev Ruslan Müzəffər oğlu-Azərbaycan Respublikası Baş

Prokurorluğunun Beynəlxalq əlaqələr

şöbəsinin rəisi

Məmmədov Çingiz Yavər oğlu -Azərbaycan Respublikası Baş

Prokurorluğunun Ədliyyə, milli

təhlükəsizlik, sərhəd xidməti, gömrük

və vergi orqanlarında istintaq,

təhqiqat və əməliyyat-axtarış

fəaliyyətində qanunların icrasına

nəzarət idarəsinin rəisi

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 sentyabr 2006-cı il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin