RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASI REGİONLARININ, O CÜMLƏDƏN ƏLİ BAYRAMLI ŞƏHƏRİNİN, HACIQABUL, KÜRDƏMIR, SAATLI, SABİRABAD, AĞSTAFA, GƏDƏBƏY, QAZAX, ŞƏMKİR VƏ TOVUZ RAYONLARININ SOSİAL-İQTİSADİ İNKİŞAFININ SÜRƏTLƏNDİRİLMƏSİNƏ DAİR ƏLAVƏ TƏDBİRLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Lakin bu istiqamətdə əldə edilmiş nailiyyətlərlə yanaşı, müəyyən problemlər hələ də öz həllini tapmamışdır.
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il oktyabrın 6-da Sabirabad və oktyabrın 11-də Qazax şəhərlərində keçirdiyi zona müşavirələrində əldə edilmiş nailiyyətlər və mövcud problemlər, eləcə də, bu problemlərin aradan qaldırılması yolları ətraflı müzakirə olunmuş, müvafiq təkliflər dinlənilmiş və kompleks tədbirlərin görülməsi məqsədəmüvafiq hesab edilmişdir.
Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası regionlarının, o cümlədən Əli Bayramlı şəhərinin, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. “Azərbaycan Respublikası regionlarının, o cümlədən, Əli Bayramlı şəhərinin, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
- bu Sərəncamın 1-ci bəndi ilə təsdiq edilən Tədbirlər Planının həyata keçirilməsi ilə əlaqədar mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- öz səlahiyyətləri daxilində bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 oktyabr 2005-ci il.