Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİNİN 90 İLLİYİ (1918-2008)” AZƏRBAYCAN RESPUBLİKASININ YUBİLEY MEDALININ TƏSVİRİ

Azərbaycan Respublikasının 2008-ci il

16 may tarixli Qanunu ilə təsdiq edilmişdir

“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” Azərbaycan Respublikasının yubiley medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, dairəvi, diametri 35 mm olan lövhədən ibarətdir.

Relyefli şüalar və mərkəzdən keçən lent fonunda medalın mərkəzindən yuxarı hissədə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin relyefli emblemi təsvir edilmişdir. Emblemdən yuxarıda qövs boyunca “Azərbaycan Respublikası”, aşağıda qövs boyunca “Silahlı Qüvvələri” sözləri həkk edilmişdir. Aypara və ulduz ağ rəngdədir. Lent üzərində emblemdən sol tərəfdə “1918”, sağ tərəfdə isə “2008” rəqəmləri yazılmışdır.

Medalın mərkəzdən aşağı hissəsində ortada ağ rəngdə “90” rəqəmi yerləşdirilmişdir.

Arxa tərəfi hamar səthlidir, ortada “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” sözləri yazılmış və milli ornamentin üzərində aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir.

Medal yaxada bərkidilmək üçün elementi olan, 27 mmx43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentdə kənarlarından mərkəzə doğru ardıcıl olaraq 3 mm enində yaşıl, 4 mm enində göy, 1 mm enində ağ və mərkəzdə 10 mm enində qırmızı rəngli şaquli zolaqlar təsvir edilmişdir.

Medala yaxada bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 27 mmx9 mm ölçüdə qəlib əlavə olunur.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin