RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASI VƏ TACİKİSTAN RESPUBLİKASI ARASINDA TİCARƏT-İQTİSADİ ƏMƏKDAŞLIQ MƏSƏLƏLƏRİ ÜZRƏ BİRGƏ HÖKUMƏTLƏRARASI KOMİSSİYANIN AZƏRBAYCAN RESPUBLİKASI TƏRƏFİNDƏN TƏRKİBİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. 2007-ci il 15 mart tarixində Düşənbə şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş"in 8-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi aşağıdakı heyətdə təsdiq edilsin:
Komissiyanın həmsədri
Heydər Babayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri
Komissiyanın üzvləri:
Rəfael Mirzəyev - Azərbaycan Respublikası fövqəladə hallar nazirinin birinci müavini
Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər
nazirinin müavini
Gülməmməd Cavadov - Azərbaycan Respublikası sənaye və
energetika nazirinin müavini
Musa Pənahov - Azərbaycan Respublikası nəqliyyat
nazirinin müavini
Aslan Aslanov - Azərbaycan Respublikası kənd təsərrüfatı
nazirinin müavini
Ədalət Vəliyev - Azərbaycan Respublikası mədəniyyət və
turizm nazirinin müavini
İltimas Məmmədov - Azərbaycan Respublikası rabitə və
informasiya texnologiyaları nazirinin
müavini
Nazim İbrahimov -Azərbaycan Respublikasının Xarici
Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə
Dövlət Komitəsinin sədri
Kamal İsmayılzadə - Azərbaycan Respublikası Nazirlər Kabineti
Aparatının MDB ölkələri ilə iqtisadi
əlaqələr şöbəsinin müdiri
Məhərrəm Əliyev - Azərbaycan Respublikasının Tacikistan
Respublikasındakı Fövqəladə və Səlahiyyətli
səfiri
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası komissiyanın Azərbaycan tərəfinin tərkibi barədə Tacikistan Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 fevral 2008-ci il.