İQTİSADİYYAT
“Azərbaycan Respublikasında yoxsulluğun azaldılması sahəsində həyata keçirilən tədbirlər və insan hüquqlarının müdafiəsi” mövzusunda konfrans keçirilir
Bakı, 21 oktyabr (AZƏRTAC). Oktyabrın 21-də Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması sahəsində həyata keçirilən tədbirlər və insan hüquqlarının müdafiəsi” mövzusunda konfrans keçirilir.
Konfrans 17 oktyabr - Beynəlxalq yoxsulluqla mübarizə və 24 oktyabr - BMT gününə həsr olunmuşdur.
Tədbirdə “Müstəqil dövlətimizin yoxsulluqla mübarizə sahəsində həyata keçirdiyi islahatlar və insan hüquqlarının daha səmərəli təmini məsələləri”, “Azərbaycanda yoxsulluğun azaldılması iqtisadi siyasətin prioritet istiqaməti kimi”, “Azərbaycanda davamlı inkişaf və yoxsulluğun azaldılması” və digər mövzularında məruzələr dinlənəcəkdir.