RƏSMİ SƏNƏDLƏR
Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası gəlirlər 22 508 869,7 min manat, xərclər 22 731 644,5 min manat məbləğində olmaqla təsdiq edilsin.
Maddə 2. Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin gəlirlər və xərclər üzrə göstəriciləri aşağıdakı kimi qəbul edilsin:
Sıra №-si |
Göstəricilər |
Məbləğ (manatla) |
1. |
Gəlirlər |
22 508 869 670 |
1.1. |
Fiziki şəxslərin gəlir vergisi |
995 928 541 |
1.2. |
Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi |
2 499 648 224 |
1.3. |
Hüquqi şəxslərin torpaq vergisi |
50 597 523 |
1.4. |
Hüquqi şəxslərin əmlak vergisi |
182 229 488 |
1.5. |
Əlavə dəyər vergisi |
4 287 565 750 |
1.5.1. |
Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi |
2 340 793 454 |
1.6. |
Sadələşdirilmiş vergi |
448 139 049 |
1.7. |
Aksizlər |
728 588 056 |
1.7.1. |
Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksizlər |
169 955 907 |
1.8. |
Yol vergisi |
113 527 167 |
1.8.1. |
Azərbaycan Respulikasının ərazisinə idxal olunan yanacağa görə və xarici dövlətlərin avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi |
40 161 737 |
1.9. |
Mədən vergisi |
137 378 540 |
1.10. |
Gömrük rüsumları |
883 141 676 |
1.11. |
Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar |
177 519 465 |
1.12. |
Xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar |
69 777 139 |
1.12.1. |
Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna daxilolmalar (Serbiya Respublikasına verilmiş kredit üzrə) |
67 577 319 |
1.13. |
Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər |
1 831 000 |
1.14. |
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) daxilolmalar (transfert) |
10 959 000 000 |
1.15. |
Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar |
9 866 905 |
1.16. |
Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar |
5 363 342 |
1.17. |
Dövlət rüsumu |
134 828 357 |
1.18. |
Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar |
455 289 235 |
1.19. |
Vergi orqanlarının xətti ilə toplanan sair daxilolmalar |
205 071 064 |
1.20. |
Sair daxilolmalar |
163 579 149 |
1.20.1. |
Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna daxilolmalar (təkrar borc sazişləri, yerləşdirilmiş vəsaitə hesablanmış faiz, dövlət zəmanətinin verilməsi) |
21 939 583 |
2. |
Xərclər |
22 731 644 518 |
2.1. |
Ümumi dövlət xidmətləri |
3 526 047 527 |
2.1.1. |
qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanılması xərcləri |
627 422 740 |
2.1.2. |
beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri |
191 138 056 |
2.1.3. |
elm xərcləri |
117 793 924 |
2.1.4. |
başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərcləri |
67 029 834 |
2.1.5. |
dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər |
2 235 577 523 |
2.1.6. |
yerli büdcələrə (bələdiyyələrə) verilən dotasiya |
5 185 450 |
2.1.7. |
Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya |
281 900 000 |
2.2. |
Müdafiə |
2 842 681 870 |
2.2.1. |
müdafiə qüvvələri |
1 305 292 968 |
2.2.2. |
milli təhlükəsizlik |
151 621 669 |
2.2.3. |
müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar |
2 613 066 |
2.2.4. |
digər kateqoriyalara aid edilməyən xərclər |
1 383 154 167 |
2.3. |
Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq |
1 316 354 925 |
2.3.1. |
məhkəmə hakimiyyəti |
53 734 746 |
2.3.2. |
hüquq-mühafizə |
1 025 274 616 |
2.3.3. |
prokurorluq |
58 254 733 |
2.3.4. |
digər kateqoriyalara aid edilməyən xidmətlər |
179 090 830 |
2.4. |
Təhsil |
1 966 604 182 |
2.4.1. |
məktəbəqədər təhsil |
169 524 239 |
2.4.2. |
ümumi təhsil |
1 076 750 311 |
2.4.3. |
ilk peşə-ixtisas təhsili |
24 542 003 |
2.4.4. |
orta ixtisas təhsili |
35 801 090 |
2.4.5. |
ali təhsil |
200 572 339 |
2.4.6. |
əlavə təhsil |
2 644 231 |
2.4.7. |
təhsil sahəsində digər müəssisə və tədbirlər |
456 769 969 |
2.5. |
Səhiyyə |
709 864 775 |
2.5.1. |
poliklinikalar və ambulatoriyalar |
103 147 184 |
2.5.2. |
xəstəxanalar |
331 471 340 |
2.5.3. |
səhiyyə sahəsində digər xidmətlər |
6 338 225 |
2.5.4. |
səhiyyə sahəsində tətbiqi tədqiqatlar |
4 584 033 |
2.5.5. |
səhiyyə sahəsinə aid edilən digər xidmətlər |
264 323 993 |
2.6. |
Sosial müdafiə və sosial təminat |
2 150 738 856 |
2.6.1. |
sosial müdafiə xərcləri |
2 119 600 265 |
2.6.1.1. |
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait |
1 300 000 000 |
2.6.2. |
sosial təminat xərcləri |
31 121 522 |
2.6.3. |
sosial müdafiə və sosial təminat sahələri üzrə tətbiqi tədqiqatlar |
17 069 |
2.7. |
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət |
299 476 107 |
2.7.1. |
mədəniyyət və incəsənət sahəsində fəaliyyət |
125 093 892 |
2.7.2. |
radio, televiziya və nəşriyyat |
58 279 103 |
2.7.3. |
bədən tərbiyəsi, gənclər siyasəti və turizm |
72 272 858 |
2.7.4. |
digər kateqoriyalara aid edilməyən fəaliyyət |
43 830 254 |
2.8. |
Mənzil və kommunal təsərrüfatı |
451 536 457 |
2.8.1. |
mənzil təsərrüfatı |
89 321 628 |
2.8.2. |
kommunal təsərrüfatı |
312 768 110 |
2.8.3. |
su təsərrüfatı |
31 575 933 |
2.8.4. |
mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər |
17 870 786 |
2.9. |
Yanacaq və enerji |
18 007 572 |
2.9.1. |
enerji kompleksi |
16 985 972 |
2.9.2. |
yanacaq və enerji kompleksi sahəsi üzrə təcrübə və tətbiqi tədqiqatlar |
1 021 600 |
2.10. |
Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi |
742 219 712 |
2.10.1. |
kənd təsərrüfatı |
703 382 396 |
2.10.2. |
meşə təsərrüfatı |
12 641 919 |
2.10.3. |
balıqçılıq və ovçuluq |
2 607 070 |
2.10.4. |
ətraf mühitin mühafizəsi |
16 345 250 |
2.10.5. |
hidrometeorologiya tədbirləri |
7 243 077 |
2.11. |
Sənaye, tikinti və faydalı qazıntılar |
5 087 186 695 |
2.11.1. |
tikinti |
5 070 516 409 |
2.11.1.1. |
dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) |
5 059 232 809 |
2.11.2. |
faydalı qazıntılar |
12 670 286 |
2.11.3. |
geodeziya və xəritəçəkmə |
4 000 000 |
2.12. |
Nəqliyyat və rabitə |
166 536 278 |
2.12.1. |
nəqliyyat |
110 032 278 |
2.12.2. |
rabitə |
56 504 000 |
2.13. |
İqtisadi fəaliyyət |
1 357 335 398 |
2.13.1. |
iqtisadi və kommersiya fəaliyyəti |
191 217 698 |
2.13.1.1. |
sahibkarlığa dəstək |
41 217 698 |
2.13.1.2. |
Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi xərcləri |
150 000 000 |
2.13.2. |
iqtisadi fəaliyyətin digər sahələri |
1 166 117 700 |
2.14. |
Əsas bölmələrə aid edilməyən xidmətlər |
2 092 397 534 |
2.14.1. |
məqsədli büdcə fondları |
372 000 000 |
2.14.1.1. |
“Avtomobil Yolları” Məqsədli Büdcə Fondu |
372 000 000 |
2.14.2. |
ehtiyat fondları |
765 278 769 |
2.14.2.1. |
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu |
301 053 774 |
2.14.2.2. |
Dövlət büdcəsinin Ehtiyat Fondu |
464 224 995 |
2.14.3. |
əsas bölmələrə aid edilməyən sair xərclər |
955 118 765 |
2.14.3.1. |
beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər |
16 820 452 |
2.14.3.2. |
fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər |
19 999 999 |
2.14.3.3. |
digər xidmətlər üzrə xərclər |
918 298 314 |
2.15. |
2018-ci ildə xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə yaranan fərq məbləği |
4 656 630 |
3. |
Büdcə kəsiri |
222 774 848 |
4. |
2019-cu il 1 yanvar tarixinə vahid xəzinə hesabının sərbəst qalığı |
872 350 399 |
Maddə 3. Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.5-ci maddəsinə uyğun olaraq istifadə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 iyun 2019-cu il.