AZƏRBAYCAN RESPUBLIKASININ BƏZI QANUNLARINA ƏLAVƏLƏR VƏ DƏYIŞIKLIKLƏR EDILMƏSI HAQQINDAAZƏRBAYCAN RESPUBLIKASININ QANUNU
I. “Siyasi partiyalar haqqında” (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1992-ci il, № 11, maddə 387, № 12, maddə 454; 1997-ci il, № 3, maddə 226; 2001-ci il, № 11, maddə 683; 2002-ci il, № 8, maddə 463; Azərbaycan Respublikasının 2003-cü il 30 dekabr tarixli 568-IIQD nömrəlı Qanunu) Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin üçüncü hissəsində “vergi” sözündən sonra “feldyeger rabitəsi” sözləri əlavə edilsin.
II. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il , № 8 (I kitab), maddə 584; 2001-ci il, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002-ci il, №1, maddə 9, № 4 (I kitab), maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003-cü il, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, maddələr 676, 696; Azərbaycan Respublikasının 2003-cü il 5 dekabr tarixli 538-IIQD nömrəli, 9 dekabr tarixli 556-IIQD nömrəli, 557-IIQD nömrəli və 558-IIQD nömrəli, 30 dekabr tarixli 569-IIQD nömrəli, 2004-cü il 6 yanvar tarixli 574-IIQD nömrəli, 5 mart tarixli 599-IIQD nömrəli və 600-IIQD nömrəli, 23 mart tarixli 609-IIQD nömrəlı qanunları) aşağıdakı əlavələr edilsin:
1) aşağıdakı məzmunda 326-2-ci maddə əlavə edilsin:
Maddə 326-2. Feldyeger rabitəsini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olma
Feldyeger rabitəsini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa görə-
xəbərdarlıq edilir və ya şərti maliyyə vahidinin on mislindən əlli mislinədək miqdarda cərimə edilir.”;
2) 398.1-ci maddənin birinci cümləsində “zəruri hesab edildikdə” sözlərindən sonra “qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla” sözləri əlavə edilsin;
3) 402.3-cü maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin: “Feldyeger rabitəsini həyata keçirən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən çatdırılan korrespondensiyalar və digər göndərişlər yoxlanıla bilməz.”
III. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8 (II kitab), maddə 585; 2001-ci il, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9, № 5, maddə 233, № 8, maddə 463; 2003-cü il, № 6, maddə 276) 255.0-ci maddəsində “Üzərinə” sözü “Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən çatdırılan korrespondensiyalar və digər göndərişlər istisna olmaqla üzərinə” sözləri ilə əvəz edilsin.
IV. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 4 (II kitab), maddə 251; 2001-ci il, № 1, maddə 24, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9, № 5, maddələr 236, 248, 258, № 6, maddə 326, № 8, maddə 465; 2003-cü il, № 6, maddələr 276, 279, № 8, maddə 425, № 12, maddə 676; Azərbaycan Respublikasının 2003-cü il 30 dekabr tarixli 569-IIQD nömrəlı və 2004-cü il 5 mart tarixli 599-IIQD nömrəli qanunları) aşağıdakı məzmunda 314-1-ci maddə əlavə edilsin:
“Maddə 314-1. Dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirilməsi qadağan edilən torpaq sahələrinə dair qanunsuz qərar qəbul etmə
Vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirilməsi qanunla qadağan edilən torpaq sahələrinin bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya onlara icarəyə verilməsi haqqında qərar qəbul etmə-
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.
V. “Dövlət qulluğu haqqında” (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 1, № 3, maddə 131; 2002-ci il, № 12, maddə 693, № 1, maddə 16) Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində “xarici işlər” sözlərindən sonra “və feldyeger rabitəsi” sözləri əlavə edilsin.
VI. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 may 2004-cü il