AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I. Azərbaycan Respublikasının 2004-cü il 8 iyul tarixli, 682-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında Əsasnamə”nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 514) 47-ci maddəsinin üçüncü hissəsində “25 təqvim ili” sözləri “20 təqvim ili” sözləri ilə əvəz edilsin.
II. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 601; Azərbaycan Respublikasının 23 dekabr 2005-ci il tarixli 32-IIIQD nömrəli Qanunu) 20.9-cu maddəsində “güzəştli hesabla pensiya təyin edilməsi” sözləri “pensiya məbləğinin hesablanması” sözləri ilə əvəz edilsin.
III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 3 mart 2006-cı il.