AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININQANUNU
I. «Prokurorluq haqqında» Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №12, maddə 688; 2000-ci il, №7, maddə 494; 2002-ci il, № 8, maddə 464; 2004-cü il, №1, maddə 10, №2, maddə 7, №3, maddə 133, №4, maddə 202) aşağıdakı dəyişikliklər və əlavə edilsin:
1. 12-ci maddə üzrə:
1.1. birinci hissədə «digər hərbi birləşmələrdə» sözləri «başqa silahlı birləşmələrdə (bundan sonra - Azərbaycan Respublikasının Silahlı Qüvvələri)» sözləri ilə əvəz edilsin;
1.2. ikinci hissədə «nəzarət edir» sözlərindən sonra «, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində keçirilən idarədaxili yoxlamaların materiallarını tələb edir, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində əmlakın talanması, hərbi xidmət əleyhinə, habelə hərbi qulluqçular tərəfindən törədilən və ya hazırlanan digər cinayətlər barədə ərizə, şikayət, müraciət, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin məlumatları və qanunvericiliklə müəyyən edilmiş digər məlumatlar əsasında Azərbaycan Respublikası Hərbi prokurorunun qərarı ilə yoxlamanın aparılmasını, bu məqsədlə mütəxəssislərin ayrılmasını, habelə araşdırılan faktların cinayət işinin başlanmasına kifayət qədər əsas verib-verməməsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsini təmin edir.» sözləri əlavə edilsin;
1.3. on yeddinci hissədə «Azərbaycan Respublikası Hərbi prokurorunun təqdimatı ilə» sözləri «Azərbaycan Respublikasının Hərbi prokuroru tərəfindən» sözləri ilə əvəz edilsin;
2. 35-ci maddənin dördüncü hissəsində «verilməsi» sözü «, o cümlədən ilk hərbi rütbələr» sözləri ilə əvəz edilsin.
II. «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №7, maddə 452, №12, maddə 731; 2002-ci il, №12, maddə 706) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 10.0.3-cü maddədə «müavinləri» sözü «birinci müavini, müavini» sözləri ilə, «və Bakı şəhər prokuroru» sözləri «, Bakı şəhər prokuroru, Azərbaycan Respublikası Baş prokurorunun böyük köməkçiləri» sözləri ilə əvəz edilsin;
2. 10.0.4-cü maddədə «Bakı şəhər prokurorunun müavinləri» sözləri «Bakı şəhər prokurorunun birinci müavini, müavini» sözləri ilə əvəz edilsin, «köməkçiləri» sözündən sonra «, Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçiləri, Naxçıvan Muxtar Respublikası prokurorunun böyük köməkçiləri» sözləri əlavə edilsin;
3. 10.0.5-ci maddədə «mühüm işlər üzrə böyük müstəntiqləri» sözləri «idarə və şöbə rəislərinin müavinləri, Hərbi Prokurorluğun idarə tərkibində olan şöbələrinin rəisləri, Hərbi Prokurorluğun mühüm işlər üzrə böyük müstəntiqləri, Azərbaycan Respublikası Hərbi prokurorunun köməkçiləri, Hərbi Prokurorluğun idarə və şöbələrinin böyük prokurorları, Naxçıvan Muxtar Respublikası prokurorunun köməkçiləri» sözləri ilə əvəz edilsin, «Bakı şəhər prokurorluğunun idarə və şöbə rəisləri» sözlərindən sonra «, Bakı şəhər prokurorunun böyük köməkçiləri» sözləri əlavə edilsin;
4. 10.0.6-cı maddədə «böyük prokurorları, Naxçıvan Muxtar Respublikası prokurorunun köməkçiləri» sözləri «prokurorları, Hərbi Prokurorluğun mühüm işlər üzrə müstəntiqləri» sözləri ilə əvəz edilsin, «böyük müstəntiqləri» sözlərindən sonra «Bakı şəhər prokurorunun köməkçiləri,» sözləri əlavə edilsin;
5. 10.0.7-ci maddədə «Azərbaycan Respublikası Hərbi prokurorunun köməkçiləri, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun idarə və şöbə prokurorları və mühüm işlər üzrə müstəntiqləri, Bakı şəhər prokurorunun köməkçiləri,» sözləri çıxarılsın, «Bakı şəhər prokurorluğunun» sözlərindən sonra «idarə və» sözləri əlavə edilsin;
6. 11.2-ci maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
«Müstəsna hallarda, xidməti zərurət əsaslandırılmaqla, Azərbaycan Respublikası Baş Prokurorluğunun Kollegiyasının razılığı ilə Azərbaycan Respublikasının Baş prokuroru prokurorluq işçisini təsnifat üzrə məhdudiyyətlər qoyulmadan vəzifədə irəli çəkə bilər.»;
7. 18.5-ci maddənin birinci cümləsində «hərbi rütbələr» sözlərindən sonra «, o cümlədən ilk hərbi rütbələr» sözləri əlavə edilsin.
III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 30 sentiyabr 2005-ci il.