AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, №23-24, maddə 996;1993-cü il, №23, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №5, maddə 251; 2003-cü il, №12, I kitab, maddə 677; 2005-ci il, №4, maddə 291) 2-ci maddəsində “Dövlət qulluğunda fərqlənməyə görə” medalı” sözlərindən sonra “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalı;”; “Polis veteranı” medalı” sözləri əlavə edilsin.
II. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168- IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001ci il, №7, maddə 453, №12, maddə 731; 2004-cü il, №10, maddə 760; 2005-ci il, №4, maddə 280, №10, maddələr 871,872) 9-cu maddəsinin 1-ci bəndinin ikinci abzasından “, daxili xidmət sıravisi”, 9-cu maddəsinin 2-ci bəndinin ikinci abzasından və 50-ci maddəsinin ikinci abzasından “, daxili xidmət kiçik serjantı”, 9-cu maddəsinin 2-ci bəndinin üçüncü abzasında və 50-ci maddəsinin üçüncü abzasında “, daxili xidmət serjantı”, 9-cu maddəsinin 2-ci bəndinin dördüncü abzasından və 50-ci maddəsinin dördüncü abzasından “, daxili xidmət baş serjantı”, 9-cu maddəsinin 3-cü bəndinin ikinci abzasından, 50-ci maddəsinin beşinci abzasından və 56-cı maddəsindən “, daxili xidmət kiçik leytenantı”, 9-cu maddəsinin 3-cü bəndinin üçüncü abzasından, 50-ci maddəsinin altıncı abzasından və 57-ci maddəsindən “, daxili xidmət leytenantı”, 9-cu maddəsinin 3-cü bəndinin dördüncü abzasından və 50-ci maddəsinin yeddinci abzasından “, daxili xidmət baş leytenantı”, 9-cu maddəsinin 3-cü bəndinin beşinci abzasından və 50-ci maddəsinin səkkizinci abzasından “, daxili xidmət kapitanı”, 9-cu maddəsinin 4-cü bəndinin ikinci abzasından və 50-ci maddəsinin doqquzuncu abzasından “, daxili xidmət mayoru”, 9-cu maddəsinin 4-cü bəndinin üçüncü abzasından, 50-ci maddəsinin onuncu abzasından və 58-ci maddəsinin 1-ci bəndindən “, daxili xidmət polkovnik –leytenantı”, 9-cu maddəsinin 4-cü bəndinin dördüncü abzasından, 50-ci maddəsinin on birinci abzasından və 58-ci maddəsinin 2-ci bəndindən “, daxili xidmət polkovniki”, 9-cu maddəsinin 5-ci bəndinin ikinci abzasından və 137-ci maddəsinin 3-cü bəndinin ikinci abzasından “, daxili xidmət general-mayoru”, 9-cu maddəsinin 5-ci bəndinin üçüncü abzasından və 137-ci maddəsinin 3-cü bəndinin ikinci abzasından “, daxili xidmət general leytenantı”, 9-cu maddəsinin 5-ci bəndinin dördüncü abzasından və 137-ci maddəsinin 3-cü bəndinin üçüncü abzasından “, daxili xidmət general-polkovniki” sözləri və 57-ci maddəsinin 1-ci bəndindən “, daxili xidmət kiçik leytenantına” sözləri çıxarılsın.
III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 oktyabr 2006-cı il.—0--BE