AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA ƏLAVƏLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I. "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, N 10, maddə 607) 15-ci maddəsinə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
"Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumu ödəyir".
II. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, N 12, maddə 740; 2002-ci il, N 12, maddə 706; 2003-cü il, N 1, maddə 23, N 8, maddə 428, N 12, I kitab, maddə 698; 2005-ci il, N 1, maddə 1; 2005-ci il 10 iyun tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu) 14.14-cü maddəsində "qəbul edilmək" sözlərindən sonra ", bərpa edilmək" sözləri əlavə edilsin.
III. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2005-ci il