Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, N 23, 24, maddə 368; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, N 11, maddələr 676, 683, 686; 2002-ci il, N 5, maddə 241; 2003-cü il, N 1, maddə 1; 2004-cü il, N 1, maddə 6, N 2, maddə 57) 13-cü maddəsinin 1-ci bəndinə aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:

“Satıcı (icraçı) Azərbaycan Respublikasının ərazisində satdığı malların (işlərin, xidmətlərin) qiymətlərini yalnız manatla göstərməlidir”.

II. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, N 1, maddə 12; 1999-cu il, N 4, maddə 225; 2000-ci il, N 8, (III kitab), maddə 587; 2001-ci il, N 3, maddələr 142, 145, N 5, maddələr 295, 298, N 11, maddə 683; 2004-cü il, N 1, maddələr 6, 13, N 2, maddələr 57, 58; 2005-ci il, N 2, maddə 61) 6-cı maddəsinə aşağıdakı məzmunda 9-cu bənd əlavə edilsin:

“9. Azərbaycan Respublikası ərazisində reklam olunan malların (işlərin, xidmətlərin) qiyməti göstərildikdə, həmin qiymət yalnız manatla göstərilməlidir”.

III. “Mülki müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, N 4, maddə 222; 2004-cü il, N 4, maddə 202; 2005-ci il, N 4, maddə 278) 17-ci maddəsinin 2-ci hissəsində “müvafiq icra hakimiyyəti orqanının” sözləri “dövlət büdcəsinin” sözləri ilə əvəz edilsin.

IV. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N 8, (I kitab), maddə 584; 2001-ci il, N 1, maddə 24, N 3, maddə 139, N 7, maddə 455, N 11, maddələr 680, 698, N 12, maddə 731; 2002-ci il, N 1, maddə 9, N 4, (I kitab), maddə 165, N 5, maddələr 234, 237, 239, N 6, maddə 326, N 8, maddə 463, N 12, maddə 692; 2003-cü il, N 1, maddələr 3, 13, 23, N 4, maddələr 177, 178, N 5, maddə 228, N 6, maddələr 257, 276, 279, N 8, maddələr 407, 425, N 12, (I kitab), maddələr 676, 696, (II kitab), maddələr 713, 714; 2004-cü il, N 1, maddələr 6, 7, 10, 13, N 4, maddələr 200, 201, 204, N 5, maddələr 313, 314, 317, 321, N 6, maddə 397, N 8, maddələr 596, 597, N 10, maddələr 762, 779, N 11, maddə 900, N 12, maddə 973; 2005-ci il, N 1, maddələr 5, 6, N 2, maddə 61, N 4, maddələr 272, 273, 275, 278; Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 947-IIQD nömrəli Qanunu) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. aşağıdakı məzmunda 221.4-cü maddə əlavə edilsin:

“221.4. Azərbaycan Respublikası ərazisində reklam olunan malların (işlərin, xidmətlərin) dəyəri (qiyməti) göstərildikdə, həmin malların (işlərin, xidmətlərin) dəyərinin (qiymətinin) manatla göstərilməməsinə görə-

fiziki şəxslər şərti maliyyə vahidinin on mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin otuz mislindən qırx mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz iyirmi mislindən iki yüz mislinədək miqdarda cərimə edilir”.

2. 226-cı maddə 226.1-ci maddə hesab edilsin və aşağıdakı

məzmunda 226.2-ci maddə əlavə edilsin:

“226.2. Azərbaycan Respublikasının ərazisində satılan malların (işlərin, xidmətlərin) qiymətlərinin manatla göstərilməməsinə görə-

fiziki şəxslər şərti maliyyə vahidinin on mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin otuz mislindən qırx mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz iyirmi mislindən iki yüz mislinədək miqdarda cərimə edilir”.

3.257-2-ci maddəsindən “mütəmadi olaraq” sözləri çıxarılsın.

V. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, N 12, maddə 740; 2002-ci il, N 12, maddə 706; 2003-cü il, N 1, maddə 23, N 8, maddə 428, N 12, (I kitab), maddə 698; 2005-ci il, N 1, maddə 1) aşağıdakı dəyişikliklər və əlavə edilsin:

1. 2.0.6-cı maddədə “və nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsi” sözləri “nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi” sözləri ilə əvəz edilsin.

2. 18.64-cü maddənin adı aşağıdakı redaksiyada verilsin:

“Nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi”.

3. 18.64-cü, 18.64.1-ci və 18.64.2-ci maddələr müvafiq olaraq 18.64.1-ci, 18.64.1.1-ci və 18.64.1.2-ci maddələr hesab edilsin.

4. Aşağıdakı məzmunda 18.64.2-ci, 18.64.2.1-ci və 18.64.2.2-ci maddələr əlavə edilsin:

“18.64.2. Nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün:

18.64.2.1. Avtonəqliyyat vasitələri üçün – şərti maliyyə vahidinin 2,0 misli;

18.64.2.2. Motonəqliyyat vasitələri, qoşqular və yarımqoşqular üçün şərti maliyyə vahidinin 1,0 misli”.

VI. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, N 1, maddə 11, N 12, maddə 706) aşağıdakı dəyişikliklər edilsin:

1. 34.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tender təkliflərində qiymətləri manatla göstərməlidirlər”.

2. 34.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Xarici hüquqi və fiziki şəxslərin tender təklifləri sərbəst dönərli valyuta ilə göstərildikdə, tender təkliflərinin verilməsinin son gününə Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi məzənnə əsas götürülməlidir”.

VII. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, N 10, maddə 584; 2003-cü il, N 6, maddə 267; 2004-cü il, N 12, maddə 979; Azərbaycan Respublikasının 2005-ci il, 5 aprel tarixli 876-IIQD nömrəli Qanunu) 20.3-cü maddəsində “ehtiyat fondundan” sözləri “ehtiyat fondlarından” sözləri ilə əvəz edilsin.

VIII. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 oktyabr 2005-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin