AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, №4, maddə 79; 1993-cü il, №5, maddə 132; Azərbaycan Respublikasının 1995-ci il 2 may tarixli 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №5, maddə 378; 1998-ci il, №1, maddələr 15, 16; 1999-cu il, №4, maddə 228, №5, maddə 286; 2001-ci il, №6, maddələr 362, 363, №11, maddə 694, №12, maddələr 731, 736; 2004-cü il, №2, maddə 57, №3, maddə 133, №4, maddələr 199, 212, №7, maddə 507, №8, maddə 596; Azərbaycan Respublikasının 2005-ci il 1 sentyabr tarixli 977-IIQD nömrəli Qanunu) aşağıdakı əlavələr və dəyişiklik edilsin:
1. 10-cu maddəyə aşağıdakı məzmunda 7-ci bənd əlavə edilsin:
“7. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hər il növbəti məzuniyyətə çıxarkən onlara əlavə olaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatı verilir.”;
2. 12-ci maddənin birinci bəndinə aşağıdakı məzmunda üçüncü və dördüncü abzaslar əlavə edilsin:
“Müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyanın məbləği hərbi qulluqçular (hərbi tədris müəssisələrinin ailəli kursantları) üçün şərti maliyyə vahidi məbləğinin iyirmi beş mislindən, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin əlli faizindən az olmayaraq müəyyən edilir.
Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) üçün yaşayış sahələrinin, o cümlədən xidməti mənzillərin tikintisi bu məqsədlər üçün hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir.”.
3. 28-ci maddədə “verilir.” sözü “verilir, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi davam etdirilir.” sözləri ilə əvəz edilsin.
II. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, №10; maddə 263, №13, maddə 491; Azərbaycan Respublikasının 1995-ci il 2 may tarixli 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №1, maddə 10; 2001-ci il, №12, maddə 736; 2002-ci il, №5, maddə 246, №6, maddə 328; 2004-cü il, №4, maddə 202, №5, maddə 312, №9, maddə 671) 12-ci maddəsinin “b” bəndindən və 13-cü maddəsinin “b” bəndindən “və buraxıldığı gün 50 yaşı” sözləri çıxarılsın.
III. ”Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, №21, maddə 912; Azərbaycan Respublikasının 1995-ci il 2 may tarixli 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №1, maddə 15; 1999-cu il, №3, maddə 163; 2001-ci il, №3, maddələr 146, 147, №11, maddələr 683, 694, №12, maddə 745; 2002-ci il, №6, maddə 328, №8, maddə 463; 2004-cü il, №4, maddə 199, №5, maddə 319; 2005-ci il, №7, maddə 588) aşağıdakı dəyişikliklər və əlavə edilsin:
1. 9-cu maddənin dördüncü hissəsində göstərilən cədvəl aşağıdakı kimi verilsin:
Hərbi rütbələrin adları Aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edən hərbi qulluqçular üçün Digər hərbi qulluqçular üçün
Kiçik çavuş 6 ay 6 ay
Çavuş 6 ay 6 ay
Kiçik gizir (kiçik miçman) 2 il 2 il
Gizir (miçman) 3 il 5 il
Kiçik leytenant 1 il 1 il
Leytenant 2 il 3 il
Baş leytenant, kapitan (kapitan-leytenant) 3 il 4 il
Mayor (3-cü dərəcəli kapitan) 4 il 5 il
Polkovnik-leytenant (2-ci dərəcəli kapitan) 5 il 6 il
2. 16-cı maddə üzrə:
2.1. birinci hissənin dördüncü-səkkizinci abzasları aşağıdakı redaksiyada verilsin:
“kiçik zabitlər üçün - 48 yaş;
baş zabitlər üçün:
mayor, polkovnik-leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər üçün - 48 yaş;
polkovnik və ona bərabər hərbi rütbəsi olan zabitlər üçün - 53 yaş;
ali zabitlər üçün - general-mayor, kontr-admiral, general-leytenant, vitse-admiral - 58 yaş, general-polkovnik, admiral rütbələrində - 63 yaş.”;
2.2. dördüncü hissədə “buraxılmalıdırlar” sözündən sonra “(zabitlər, gizir və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda xidmət illərinə görə pensiya hüququ əldə etmirlərsə, öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirə bilərlər)” sözləri əlavə edilsin;
IV. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №1, maddə 14; 2001-ci il, №3, maddələr 138, 145, 146, 147, №12, maddələr 731, 745; 2002-ci il, №6, maddə 328, №8, maddə 464; 2004-cü il, №2, maddə 57, №11, maddə 886; 2005-ci il, №7, maddə 576; Azərbaycan Respublikasının 2005-ci il 1 sentyabr tarixli 977-IIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər və əlavə edilsin:
1. 13-cü maddənin birinci hissəsinin dördüncü-səkkizinci abzasları aşağıdakı redaksiyada verilsin:
“kiçik zabitlər üçün - 48 yaş;
baş zabitlər üçün:
mayor, polkovnik-leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər üçün - 48 yaş;
polkovnik və ona bərabər hərbi rütbəsi olan zabitlər üçün - 53 yaş;
ali zabitlər üçün - general-mayor, kontr-admiral, general-leytenant, vitse-admiral - 58 yaş, general-polkovnik, admiral rütbələrində - 63 yaş”;
2. 14-cü maddədə:
2.1. birinci hissədə:
2.1.1. birinci cümlədə “buraxılırlar” sözündən sonra “(zabitlər, gizir və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda xidmət illərinə görə pensiya hüququ əldə etmirlərsə, öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirə bilərlər)” sözləri əlavə edilsin;
2.1.2. ikinci cümlədə “Zəruri hallarda” sözləri çıxarılsın, “(bu Əsasnamənin 72-ci maddəsi)” sözləri “, bu Əsasnaməyə 3 saylı əlavədə göstərilən şərtlərə uyğun olaraq” sözləri ilə əvəz edilsin;
2.2. dördüncü hissədə “hər dəfə müvafiq əmrlə 5 ildən çox olmayan müddət üçün” sözləri “müvafiq əmrlə” sözləri ilə əvəz edilsin;
3. 45-ci maddədə:
3.1. birinci hissədə göstərilən cədvəl aşağıdakı kimi verilsin:
Hərbi rütbələrin adları Aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edən hərbi qulluqçular üçün Digər hərbi qulluqçular üçün
Kiçik çavuş 6 ay 6 ay
Çavuş 6 ay 6 ay
Kiçik gizir (kiçik miçman) 2 il 2 il
Gizir (miçman) 3 il 5 il
Kiçik leytenant 1 il 1 il
Leytenant 2 il 3 il
Baş leytenant, kapitan (kapitan-leytenant) 3 il 4 il
Mayor (3-cü dərəcəli kapitan) 4 il 5 il
Polkovnik-leytenant (2-ci dərəcəli kapitan) 5 il 6 il
3.2. üçüncü hissə aşağıdakı redaksiyada verilsin:
“Ali hərbi tədris müəssisələrini bitirmiş hərbi qulluqçular üçün “leytenant” hərbi rütbəsində olma müddəti aşağıdakı kimi müəyyən edilir:
aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edən hərbi qulluqçular üçün - 1il;
digər hərbi qulluqçular üçün - 2il.”.
V. Bu Qanun 2006-cı il iyulun 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 mart 2006-cı il.