AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT MƏCƏLLƏSİNƏ ƏLAVƏ VƏ DƏYİŞİKLİK EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 4, II kitab, maddə 251, № 12, maddə 835; 2001-ci il, № 1, maddə 24, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9, № 5, maddələr 236, 248, 258, № 6, maddə 326, № 8, maddə 465; 2003-cü il, № 6, maddələr 276, 279, № 8, maddə 425, № 12, I kitab, maddə 676; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 200, № 5, maddə 321, № 8, maddə 598, № 10, maddə 762, № 11, maddə 900; 2005-ci il, № 1, maddə 3, № 6, maddə 462, №7, maddə 575; Azərbaycan Respublikasının 2005-ci il 20 sentyabr tarixli 991-IIQD nömrəli və 30 sentyabr tarixli 1020-IIQD nömrəli qanunları) 234-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndində “şəxsi istehlak” sözlərindən sonra “miqdarından artıq” sözləri əlavə edilsin, “normativ-hüquqi aktlar ilə” sözləri “qanunla” sözü ilə əvəz edilsin.
II.Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 30 dekabr 2005-ci il.