Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT-PROSESSUAL MƏCƏLLƏSİNƏ ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, II kitab, maddə 585; 2001-ci il, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9, № 5, maddə 233, № 8, maddə 463; 2003-cü il, № 6, maddə 276; 2004-cü il, № 5, maddə 321, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761, № 11, maddə 890, № 12, maddə 4; 2005-ci il, № 1, maddə 4, № 4, maddə 278, № 6, maddə 462, № 8, maddə 686, № 10, maddə 874, № 12, maddə 1079; 2006-cı il, № 1, maddə 3, № 2, maddə 64, № 5, maddə 390) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. 216.2-ci maddədə “Azərbaycan Respublikası Baş prokurorunun“ sözlərindən sonra “, Naxçıvan Muxtar Respublikasının ərazisində həmçinin Naxçıvan Muxtar Respublikası prokurorunun” sözləri əlavə edilsin;

2. 383.2-ci maddənin ikinci və üçüncü cümlələrində “rayon (şəhər) məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan” sözləri “birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan həmcinin” sözləri ilə əvəz edilsin;

3. 391.8.11-ci maddədə “Azərbaycan Respublikasının Baş prokuroru” sözlərindən sonra, “, Naxçıvan Muxtar Respublikasının ərazisində həmçinin Naxçıvan Muxtar Respublikasının prokuroru” sözləri əlavə edilsin;

4. 409.8-ci maddənin ikinci cümləsində “Azərbaycan Respublikasının Baş prokuroru” sözlərindən sonra “, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati xətalara dair işlər üzrə kollegiyası tərəfindən çıxarılmış hökm və ya qərarlardan həmçinin Naxçıvan Muxtar Respublikasının prokuroru” sözləri əlavə edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Baki şəhəri, 10 oktyabr 2006-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin