AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASININ YARADILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
697 saylı Sərəncamına əsasən fəaliyyət göstərən Dövlət Dəniz Administrasiyasının əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyası yaradılsın.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki,
Azərbaycan Respublikasında dəniz gəmiçiliyi sahəsində aparılan siyasətin, habelə BMT-nin Beynəlxalq Dəniz Təşkilatı və digər beynəlxalq dəniz təşkilatları ilə əməkdaşlığın, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq dəniz konvensiyalarının icrasına nəzarətin həyata keçirilməsi səlahiyyətlərinin Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyasına tapşırılması barədə BMT-nin Beynəlxalq Dəniz Təşkilatına müvafiq bildiriş göndərsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay
müddətində:
3.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət
Dəniz Administrasiyası haqqında Əsasnamənin layihəsini və həmin Administrasiyanın işçilərinin ümumi say tərkibi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. qüvvədə olan qanunvericilik aktlarının bu Sərəncama
uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. Bu Sərəncam dərc olunduğu gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 fevral 2006-cı il.