Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MİQRASIYA PROQRAMI ÇƏRÇİVƏSİNDƏ HƏYATA KEÇİRİLƏCƏK TƏDBİRLƏR

Sıra№-si Tədbirin adı İcra müddəti İcraçı orqanlar 1 2 3 4

I. Miqrasiya proseslərinin tənzimlənməsi sahəsindəki qanunvericilik bazasının təkmilləşdirilməsi və təşkilati tədbirlərin görülməsi

1.1 Beynəlxalq təcrübə nəzərə alınmaqla miqrasiya sahəsində qanunvericiliyin öyrənilməsi və müvafiq təkliflərin hazırlanması 2006-cı il Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

1.2 Miqrasiya proseslərinə nəzarətin gücləndirilməsi üzrə normativ hüquqi aktların, o cümlədən Azərbaycan Respublikası ərazisindən tranzit keçidi qaydaları, daxili miqrasiyanın hüquqi tənzimlənməsi, qeyri-qanuni miqrantların ölkə ərazisində saxlanılması barədə, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə miqrasiya ilə bağlı qanunvericiliyin pozulmasına görə məsuliyyət müəyyən edən və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əcnəbilərin Azərbaycan Respublikasında əmək fəaliyyətinin tənzimlənməsi ilə bağlı əlavə və dəyişikliklərə dair layihələrin hazırlanması 2006-cı il Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Xarici İşlər Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Sərhəd Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi

1.3 Miqrasiya məcəlləsinin layihəsinin hazırlanması 2007-2008-ci illər Nazirlər Kabineti, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Milli Təhlükəsizlik Nazirliyi, Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, digər aidiyyəti dövlət orqanları

1.4 Miqrasiya sahəsində idarəetmə mexanizminin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması 2006-2007-ci illər Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Milli Təhlükəsizlik Nazirliyi, Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Sosial Müdafiə Fondu

1.5 "Giriş-çıxış" Avtomatlaşdırılmış Məlumat-Axtarış Sistemi (AMAS) haqqında Əsasnamə layihəsinin hazırlanması 2006-cı il Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Milli Təhlükəsizlik Nazirliyi, Xarici İşlər Nazirliyi

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi ilə birgə əməkdaşlıqda

1.6 Azərbaycan Respublikasında viza siyasətinin təkmilləşdirilməsi, o cümlədən Azərbaycan Respublikası ilə vizasız gediş-gəliş rejimi olan ölkələrin dairəsinə yenidən baxılması, ölkəyə vizasız gəlmək hüququna malik əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan Respublikasının ərazisində qalma müddətlərinin müəyyən edilməsi barədə təkliflərin hazırlanması 2006-cı il Nazirlər Kabineti, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Mədəniyyət və Turizm Nazirliyi

1.7 Ciddi hesabat sənədləri olan Azərbaycan Respublikasına gəlməyə imkan verən viza blanklarının və Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin tətbiq edilməsinin təmin olunması 2006-cı il Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi

1.8 Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini pozmuş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisindən məcburi çıxarılmasının işlək mexanizminin müəyyənləşdirilməsinə dair təkliflərin hazırlanması və məcburi çıxarılmanın maliyyələşdirilməsinin dövlət büdcəsi layihəsində nəzərdə tutulması 2006-cı il Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Milli Təhlükəsizlik Nazirliyi, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi

1.9 Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmiş şəxslərin sonradan ölkənin ərazisində qalmalarının hüquqi rejiminin müəyyənləşdirilməsinə dair təkliflərin hazırlanması 2006-cı il Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi

1.10 Azərbaycan Respublikasında siyasi sığınacaq verilməsi qaydasına dair təkliflərin hazırlanması 2007-ci il Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi

1.11 İnsan alveri də daxil olmaqla, qeyri-qanuni miqrasiyanın qarşısının alınması sahəsində kompleks tədbirlərin hazırlanması 2006-2008-ci illər Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

1.12 Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılmasının normativ-hüquqi, təşkilati, proqram-texniki və maliyyə-iqtisadi əsaslarının və müvafiq Dövlət Proqramının layihəsinin işlənib hazırlanması 2006-cı il Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə Dövlət Komissiyası

1.13 “İmmiqrasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn təşkilati tədbirlərin həyata keçirilməsi müntəzəm Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

1.14 Daxili əmək bazarının tələbatı nəzərə alınmaqla immiqrasiya kvotalarının tətbiqi müntəzəm Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və aidiyyəti dövlət orqanları

1.15 Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən sənədlərin növlərinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması 2006-2007-ci illər Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti

1.16 Ölkəyə daxil olmuş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşadığı və olduğu yer üzrə qeydiyyatına və onlara xüsusi sənədlərin verilməsi qaydalarının tətbiqinə nəzarətin gücləndirilməsi, bu sahədə yol verilmiş qanun pozuntularının və neqativ halların aradan qaldırılması 2006-cı il Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi

II. Xarici siyasət sahəsində tədbirlər 2.1 “Əməkçi miqrantların hüquqi statusu haqqında Avropa Konvensiyası”na Azərbaycan Respublikasının qoşulmasının məqsədəuyğunluğu barədə təkliflərin hazırlanması 2006-cı il Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi

2.2 Xarici ölkələrdə müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının qorunmasını təmin etmək və sosial müdafiəsini gücləndirmək məqsədi ilə müvafiq sazişlərin bağlanması üzrə təkliflərin hazırlanması 2006-2008-ci illər Nazirlər Kabineti, Xarici İşlər Nazirliyi, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi, Milli Təhlükəsizlik Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu

2.3 Azərbaycan Respublikasının mənafeyi nəzərə alınmaqla müvafiq dövlətlərlə readmissiya ilə bağlı əməkdaşlıq sahəsində Azərbaycan Respublikası Hökumətinin mövqeyinin müəyyənləşdirilməsi 2006-cı il Nazirlər Kabineti, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Sərhəd Xidməti, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi

2.4 İnsan alveri də daxil olmaqla, qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində xarici ölkələrin müvafiq strukturları və beynəlxalq təşkilatlarla əməkdaşlığın həyata keçirilməsi 2006-2008-ci illər Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xarici İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

2.5 Xarici ölkələrin miqrasiya sahəsində fəaliyyət göstərən müvafiq qurumları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə miqrasiya proseslərinin tənzimlənməsi üzrə qarşılıqlı əlaqələrin gücləndirilməsi 2006-2008-ci illər Nazirlər Kabineti, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

2.6 Həmsərhəd dövlətlərlə miqrasiya sahəsində müqavilə prosesinin aktivləşdirilməsi və qeyri-qanuni miqrasiya ilə mübarizədə öhdəlikləri və məsuliyyəti nəzərdə tutan müvafiq sazişlərin bağlanması üzrə təkliflərin hazırlanması 2006-2008-ci illər Nazirlər Kabineti, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti

III. Sosial-iqtisadi sahədə tədbirlər 3.1 Əmək miqrasiyası proseslərinin mövcud vəziyyətinin təhlili və müvafiq hesabatın hazırlanması 2006-cı il Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

3.2 Azərbaycan Respublikasına xarici işçi qüvvəsinin cəlb olunması və ondan istifadə edilməsinin monitorinqinin keçirilməsini təmin edən müvafiq sistemin yaradılması üzrə təkliflərin hazırlanması 2006-ci il Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Səhiyyə Nazirliyi

3.3 Əmək miqrasiyası ilə bağlı mövcud statistik hesabat formalarının təkmilləşdirilməsi, əməkçi miqrantların qeydiyyat-uçot işinin səmərəliliyinin artırılması üzrə müvafiq tədbirlərin görülməsi 2006-cı il Nazirlər Kabineti, Dövlət Statistika Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi

3.4 Azərbaycan Respublikasından deportasiya olunmalı miqrantların, eləcə də qaçqın statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərin dəqiq qeydiyyatının aparılması, onların saxlanılma yerlərinin təşkili və normal fəaliyyətinin təmin edilməsi üçün normativ hüquqi bazanın yaradılması 2006-2007-ci illər Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

3.5 Miqrantların, eləcə də qaçqın statusu almış şəxslərin təhsil, səhiyyə və digər sosial problemlərinin həlli üçün aidiyyəti dövlət orqanları tərəfindən müvafiq tədbirlərin görülməsi müntəzəm Nazirlər Kabineti, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

3.6 Xarici işçi qüvvəsindən istifadə edən işəgötürənlərin və Azərbaycan Respublikası vətəndaşlarının xaricdə işə düzəlməsi sahəsində vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin bu sahədəki fəaliyyətlərinə nəzarət mexanizminin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması 2006-cı il Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi

3.7 Azərbaycan Respublikasında yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin cəmiyyətə inteqrasiyası (mədəniyyət, dil, təhsil və s.) və yerli şəraitə uyğunlaşdırılması sisteminin yaradılması 2006-cı il Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi

3.8 Daxili miqrasiyanın tənzimlənməsi məqsədi ilə müvafiq dövlət proqramlarına uyğun olaraq regionlarda yeni iş yerlərinin yaradılmasına və yoxsulluğun azaldılmasına yönəlmiş xüsusi layihələrin və tədbirlərin, o cümlədən mikrokredit proqramlarının həyata keçirilməsi müntəzəm Nazirlər Kabineti, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi, aidiyyəti dövlət orqanları

IV. İnformasiya, elm və təhsil sahəsində tədbirlər 4.1 Azərbaycan Respublikasında miqrasiya proseslərinin vəziyyətinin monitorinqi, proqnozlaşdırılması, müvafiq təkliflərin hazırlanması Müntəzəm Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Milli Təhlükəsizlik Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

4.2 ”Giriş-çıxış” Avtomatlaşdırılmış Məlumat-Axtarış Sisteminin (AMAS) «Viza» altsistemi ilə birlikdə müasir standartlar baxımından inkişafı ilə əlaqədar miqrantların qeydiyyat-uçot işinin təkmilləşdirilməsi 2008-ci il Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Milli Təhlükəsizlik Nazirliyi

4.3 Azərbaycan Respublikasına səfər edən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sisteminin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması 2006-cı il Nazirlər Kabineti, Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti

4.4 Elektron viza sisteminin yaradılması barədə təkliflərin hazırlanması 2006-cı il Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, aidiyyəti dövlət orqanları

4.5 Miqrasiya sahəsində vahid məlumat bankının yaradılması məqsədi ilə «Giriş-çıxış» Avtomatlaşdırılmış Məlumat-Axtarış Sisteminin (AMAS) nəzdində Miqrasiya İnformasiya Mərkəzi altsisteminin yaradılması 2006-cı il Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi

4.6 Miqrasiya üzrə məsləhət xidmətinin təşkil edilməsi 2006-cı il Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti

4.7 Miqrasiya sahəsində beynəlxalq təcrübənin öyrənilməsi sahəsində aidiyyəti dövlət orqanlarının mütəxəssisləri üçün müvafiq kursların, treniqlərin və seminarların təşkil edilməsi müntəzəm Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Milli Təhlükəsizlik Nazirliyi, Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

4.8 Azərbaycan Respublikasındakı tranzit miqrasiyası proseslərinin elmi təhlilinin aparılması və bu sahədə dövlət siyasətinin təkmilləşdirilməsi məqsədi ilə müvafiq təkliflərin hazırlanması 2007-2008-ci illər Nazirlər Kabineti, Dövlət Sərhəd Xidməti, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, aidiyyəti dövlət orqanları

4.9 Miqrasiya sahəsində kadr hazırlığının səviyyəsinin yüksəldilməsi məqsədi ilə miqrasiya mövzusunda tədris proqramlarının hazırlanması və onların ali təhsil müəssisələrində tədris edilməsi 2006-2008-ci illər Nazirlər Kabineti, Təhsil Nazirliyi və aidiyyəti dövlət orqanları

Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin ki, bu Dövlət Proqramının 1.1, 1.2, 1.8, 1.9, 1.10, 1.11, 1.16, 2.3, 2.4, 3.4, 4.1–ci bəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində öz səlahiyyətləri daxilində iştirak etsin.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin