Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏK MƏCƏLLƏSİNDƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 4, maddə 213; 2001-ci il, № 3, maddə 143, № 6, maddə 362, №11, maddələr 672, 679, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003-cü il, № 1, maddələr 9, 23; 2004-cü il, № 1, maddə10, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə 672, № 12, maddə 981; 2005-ci il, № 3, maddə 151, № 4 maddə 278, № 7, maddə 560, № 10, maddə 874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006-cı il, № 3, maddələr 220, 222, № 5, maddə 385; Azərbaycan Respublikasının 2006-cı il 10 oktyabr tarixli 155-IIIQD nömrəli qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 140-cı maddənin 4-cü hissəsində “əmək müqaviləsinin ləğvi ilə əlaqədar” sözləri çıxarılsın.

2. 144-cü maddənin 1-ci hissəsi çıxarılsın.

II. Bu Qanun qüvvəyə minənədək işçi tərəfindən iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə (məzuniyyətlərinə) görə, işçiyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş kompensasiya ödənilir.

III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 dekabr 2006-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin