AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏK MƏCƏLLƏSİNƏ BƏZİ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
"Avropa Sosial Xartiyasının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası 2004-cü il 6 yanvar tarixli 575 İİQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, N 4, maddə 213; 2001-ci il, N 3, maddə 143, N 6, maddə 362, N 11, maddələr 672, 679, N 12, maddə 731; 2002-ci il, N 1, maddə 2, N 5, maddə 241, N 6, maddə 328; 2003-cü il, N 1, maddələr 9, 23;
2004-cü il, N 1, maddə 10, N 2, maddə 57, N 3, maddə 133; Azərbaycan Respublikasının2004-cü il 30 aprel tarixli, 643-İİQD nömrəli qanunu) aşağıdakı əlavələr edilsin:
1. 31-ci maddənin ikinci hissəsində aşağıdakı məzmunda "n" və "o" bəndəlri əlavə edilsin:
"n) iş yerində və ya işlə əlaqədar olaraq ayrı-ayrı işçilərə qarşı ələsalma, aşkar düşmənçilik bərəkətləri və təhqiramiz hərəkətlər barəsində izahat işi aparılmasına və informasiya verilməsinə yardım göstərilməsi və belə hərəkətlərin qarşısının alınması, işçiləri bu cür davranışdan qorumaq üçün bütün lazımi tədbirlərin görülməsi;
o) iş yerində və ya işlə əlaqıdar olaraq seksual təhrik məsələlərinə dair izahat işi aparılmasına və informasiya verilməsinə yardım göstərilməsi və belə təhriklərin alınması, işçiləri bu cür davranışdan qorumaq üçün bütün lazımi tədbirlərin görülməsi.".
2. 77-ci maddənin yeddinci hissəsində aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
"Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işögötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir.".
3. 247-ci maddənin üç üncü hissəsinə aşağıdakıu məzmunda ikinci cümlə əlavə edilsin:
"Yaşı 18-dən az olan işçilərin iş günü ərzində peşə hazırlığına sərf etdikləri vaxt işəgötürənin razılığı ilə iş vaxtı kimi nəzərə alınır.".
4. 250-ci maddəyə aşağıdakı məzmunda ikinci ümlə əlavə edilsin:
"İcbari ümumi orta təhsil haqqında qanunvericiliyin şamil edildiyi yaşı 18-dən az olaqn şəxslərin bu təhsilini tam həcmdə almaq imkanından məhrum edə bilən işlərə götürülməsi qadağandır.".
II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 sentyabr 2004-cü il