Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ GORANBOYRAYONUNUN İNZİBATİ ƏRAZİ BÖLGÜSÜNDƏQİSMƏN DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:

Kürəkçay qəsəbəsi və Qazançı kəndi Goranlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qazançı kəndi mərkəz olmaqla, Qazançı kənd inzibati ərazi dairəsi yaradılsın.

Goranlı kənd inzibati ərazi dairəsi Goranlı kənd inzibati ərazi vahidi hesab edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 oktyabr 2006-cı il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin