Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİNƏ ƏLAVƏLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N 8, I kitab, maddə 584; 2001-ci il, N 1, maddə 24, N 3, maddə 139, N 7, maddə 455, N 11, maddələr 680, 698, N 12, maddə 731; 2002-ci il, N 1, maddə 9, N 4, I kitab, maddə 165, N 5, maddələr 234, 237, 239, N 6, maddə 326, N 8, maddə 463, N 12, maddə 692; 2003-cü il, N 1, maddələr 3, 13, 23, N 4, maddələr 177, 178, N 5, maddə 228, N 6, maddələr 257, 276, 279, N 8, maddələr 407, 425, N 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, N 1, maddələr 6, 7, 10, 13, N 4, maddələr 200, 201, 204, N 5, maddələr 313, 314, 317, 321, N 8, maddələr 596, 597, N 10, maddələr 762, 779, N 11, maddə 900, N 12, maddə 973; 2005-ci il, N 1, maddələr 4, 5, N 2, maddə 61, N 4, maddələr 272, 273, 275, 278, N 6, maddələr 462, 466; Azərbaycan Respublikasının 2005-ci il 14 iyun tarixli 938-IIQD nömrəli, 24 iyun tarixli 497-IIQD, 948-IIQD nömrəli qanunları) aşağıdakı məzmunda 149.2-ci, 149.3-cü, 150.2-ci və 150.3-cü maddələr əlavə edilsin, 149.2-149.4-cü maddələr müvafiq olaraq 149.4-149.6-cı maddələr, 150.2-150.4-cü maddələr müvafiq olaraq 150.4-150.6-cı maddələr hesab edilsin:

"149.2. Şəhərlərarası marşrut üzrə hərəkət edən avtobusda sərnişinlərin biletsiz getməsinə görə -

şərti maliyyə vahidinin on misli miqdarında cərimə edilir.

149.3. Beynəlxalq marşrut üzrə hərəkət edən avtobusda sərnişinlərin biletsiz getməsinə görə -

şərti maliyyə vahidinin iyirmi misli miqdarında cərimə edilir.";

"150.2. Şəhərlərarası marşrut üzrə hərəkət edən avtobusda sərnişinlərin biletsiz aparılmasına görə -

şərti maliyyə vahidinin on beş misli miqdarında cərimə edilir.

150.3. Beynəlxalq marşrut üzrə hərəkət edən avtobusda sərnişinlərin biletsiz aparılmasına görə -

şərti maliyyə vahidinin otuz misli miqdarında cərimə edilir.".

II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 sentyabr 2005-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin